“Bu, Trampın qələbəsi olmalıdır, Putinin yox!” “Putinin sözünə və imzasına inanmaq olmaz” …
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması işğalçı dövlətin başçısı Vladimir Putinin deyil, ABŞ Prezidenti Donald Trampın qələbəsi olmalıdır.“AzPolitika” xəbər verir ki, Zelenski bu fikirləri Davosda “Bloomberg TV”-yə müsahibəsində deyib.
Zelenski bu mövzuyla bağlı suala belə cavab verib: "Ukraynada müharibənin bitməsi məsələsi, məncə, Putinin deyil, Trampın qələbəsi olmalıdır.
Putin onun üçün heç kimdir. Amerika qat-qat güclüdür, Avropa güclüdür, Çin də Rusiyadan güclüdür. Onların hamısı oyunçudur.
Bizim müharibə zamanı hamı gördü ki, Rusiya Ukraynanı işğal etməyə qadir deyil. Bu, Rusiyanın gücündən xəbər verir.
Sadəcə olaraq, məsələ ondan ibarətdir ki, onlar(Rusiya-red.) böyükdürlər, silahları çoxdur və insanlara yazıqları gəlmir.
Biz konkret olaraq Avropanı, NATO ölkələrini müdafiə edirik. Putin isə ora da gedəcək.
Odur ki, Tramp bundan qalib kimi çıxmalıdır və o, buna qadirdir. Amma Putin qalib gəlsə, Tramp qalib olmayacaq.
Tam oxu
Xəbəri oxu