Icma.az
close
up
RU
“Bu, Trampın qələbəsi olmalıdır, Putinin yox!” “Putinin sözünə və imzasına inanmaq olmaz” AzPolitika onlayn siyasi ictimai qəzet

“Bu, Trampın qələbəsi olmalıdır, Putinin yox!” “Putinin sözünə və imzasına inanmaq olmaz” AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması işğalçı dövlətin başçısı Vladimir Putinin deyil, ABŞ Prezidenti Donald Trampın qələbəsi olmalıdır.

“AzPolitika” xəbər verir ki, Zelenski bu fikirləri Davosda “Bloomberg TV”-yə müsahibəsində deyib.

Zelenski bu mövzuyla bağlı suala belə cavab verib: "Ukraynada müharibənin bitməsi məsələsi, məncə, Putinin deyil, Trampın qələbəsi olmalıdır. Putin onun üçün heç kimdir. Amerika qat-qat güclüdür, Avropa güclüdür, Çin də Rusiyadan güclüdür. Onların hamısı oyunçudur. Bizim müharibə zamanı hamı gördü ki, Rusiya Ukraynanı işğal etməyə qadir deyil. Bu, Rusiyanın gücündən xəbər verir. Sadəcə olaraq, məsələ ondan ibarətdir ki, onlar(Rusiya-red.) böyükdürlər, silahları çoxdur və insanlara yazıqları gəlmir. Biz konkret olaraq Avropanı, NATO ölkələrini müdafiə edirik. Putin isə ora da gedəcək. Odur ki, Tramp bundan qalib kimi çıxmalıdır və o, buna qadirdir. Amma Putin qalib gəlsə, Tramp qalib olmayacaq. Ən təhlükəlisi isə odur ki, o, bu razılaşmanı həyata keçirsin, lakin Putin daha sonra geri qayıtmaq imkanı əldə etsin.

Təsəvvür edin ki, prezident Tramp elə bir qələbəyə, zirvəyə çatır. Bundan sonra isə Putin mütləq ətrafdakı hər şeyi, hər kəsi alçaltmaq üçün işğalçılıqla geri qayıdır. Bu, hər kəs üçün dəhşətli bir düşüş olacaq. O zaman biz hamımız uduzacağıq. Çünki sadəcə olaraq Putinin sözlərinə və ya onun imzasına inanmaq olmaz”.

O qeyd edib ki, Rusiya ilə hər hansı danışıqlara başlamazdan əvvəl birgə fəaliyyət planının formalaşdırılması vacibdir: "Düşünürəm ki, müharibəni həqiqətən bitirmək istəyən hamımız üçün Putinlə ünsiyyət qurmazdan əvvəl bir plan hazırlamağımız məsləhətdir. Məncə, bu, ABŞ-nin, Avropa İttifaqının, bütövlükdə Avropanın maraqlarına uyğundur, bu, Ukraynanın və xalqımızın maraqlarına cavab verir”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Yanvar 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri