Icma.az, Footbal-plus saytına istinadən bildirir. Xəbər verdiyimiz kimi, “UltraSumqayıt” fanklubu premyer-liqanın 16-cı turunun “Sumqayıt” –
Məlum bəyanatda qeyd olunur ki, azarkeşlərin xoşagəlməz ifadələr səsləndirməsinə əldə etdikləri məlumatlar səbəb olub.
Sonradan aydın olub ki, həmin bilgilər həqiqətəuyğun deyilmiş.Söhbətin nədən getdiyini dəqiqləşdimək məqsədilə “UltraSumqayıt”ın rəhbəri Qüdrət Allahverdiyevlə əlaqə saxladıq.
Onun “Football-plus.az”a cavabı:“Məlumatları mətbuatdan oxumuşduq.
Həmin dönəmdə Samir Abasovun pula görə “Sumqayıt”ı “Neftçi”yə dəyişdiyi, şəhərimizə xəyanət etdiyi tirajlanırdı.
Bu üzdən üzvlərimizdə Samir bəyə qarşı qıcıq yaranmışdı. Tənqidlə təhqir fərqli şeylərdi.
Planımız qeyd etdiyim məsələlərə görə mütəxəssisi tənqid etmək idi.
Təəssüf ki, üzvlərimiz emosiyalarını idarə etməkdə çətinlik çəkdiyinə görə təhqirlərdən də istifadə etdilər.