“Bu üzdən üzvlərimizdə Samir bəyə qarşı qıcıq yaranmışdı” sumqayıtlılar Abasovu niyə təhqir edib?
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, “UltraSumqayıt” fanklubu premyer-liqanın 16-cı turunun “Sumqayıt” – “Neftçi” matçında “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovu təhqir etdiyinə görə üzr istəyib.
Məlum bəyanatda qeyd olunur ki, azarkeşlərin xoşagəlməz ifadələr səsləndirməsinə əldə etdikləri məlumatlar səbəb olub. Sonradan aydın olub ki, həmin bilgilər həqiqətəuyğun deyilmiş.
Söhbətin nədən getdiyini dəqiqləşdimək məqsədilə “UltraSumqayıt”ın rəhbəri Qüdrət Allahverdiyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Məlumatları mətbuatdan oxumuşduq. Həmin dönəmdə Samir Abasovun pula görə “Sumqayıt”ı “Neftçi”yə dəyişdiyi, şəhərimizə xəyanət etdiyi tirajlanırdı. Bu üzdən üzvlərimizdə Samir bəyə qarşı qıcıq yaranmışdı. Tənqidlə təhqir fərqli şeylərdi. Planımız qeyd etdiyim məsələlərə görə mütəxəssisi tənqid etmək idi. Təəssüf ki, üzvlərimiz emosiyalarını idarə etməkdə çətinlik çəkdiyinə görə təhqirlərdən də istifadə etdilər. Bilirdik ki, həmin matçda Samir bəylə yanaşı, ailə üzvləri də var. Belədə həm baş məşqçidən, həm də ailəsindən üzr istəməyə qərar verdik. Belə davranışı özümüzə yaraşdırmadıq. Kaş ki, təkcə biz yox, Samir bəyi təhqir edən başqa azarkeşlər də belə düşüncəli davranış sərgiləsin. Ən əsası odu ki, mütəxəssis haqda fikirlərimizin yanlış olduğunu, əsl həqiqətləri öyrəndik”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 11 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















