Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar Açıqlama

04.09.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Şorbanı soyuducuda 3-5 gün təhlükəsiz saxlamaq olar.

Milli.Az xəbər verir ki, bunu biyoloq Asiyat Abdullayeva "gazeta"ya bildirib.

Onun dediyinə görə şorbanın saxlanma müddəti tərkibindən və soyuducuda saxlama şəraitindən asılıdır.

Tərəvəz və göbələk şorbaları: 3-4 gün Ət və toyuq bulyonları: 4-5 gün Balıq şorbaları: 1-2 gün Süd və krem şorbaları: 2-3 gün

Mütəxəssis qeyd edib ki, şorba iki saatdan çox otaq temperaturunda qalmamalı, sonra +4°C və ya daha aşağı temperaturda saxlanmalıdır. Hər dəfə qaynatmaq saxlanma müddətini 1-2 gün uzada bilər, lakin çox isitmək dad və qida dəyərini azaldır.

Uğurlu saxlama üçün şorbanı kiçik porsiyalara bölmək və konteyneri kip bağlı saxlamaq tövsiyə olunur. Əgər şorba 5 gündən çox saxlanacaqsa, onu 2-3 ay müddətinə dondurmaq daha məqsədəuyğundur.

Mütəxəssis vurğulayır: şorbanın dadı, qoxusu və rəngi şübhəli görünürsə, onu yeməkdən çəkinmək lazımdır.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью