Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakıda daha bir küçədə qayda pozan sürücülərə qarşı kamera vasitəsilə inzibati məsuliyyət tədbirləri həyata keçirilir. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindən gedir. Belə ki, sözügedən ərazidə quraşdırılmış 2.5 "stop" nişanına əksər sürücülər məhəl qoymurdular. Hazırda ərazidə quraşdırılmış kamera vasitəsilə nişanın tələbini pozan sürücülər məsuliyyətə cəlb edilir.
Qeyd edək ki, stop nişanında dayanmadan keçməyə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub. Əgər bu nişanın tələbini pozaraq baş yoldan gələn nəqliyyat vasitəsinə yol vermədikdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə tətbiq edilə bilər.
Fərid