Bu yolayrıcında dayanmayan sürücülərin diqqətinə! Kameralar çəkir VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakıda daha bir küçədə qayda pozan sürücülərə qarşı kamera vasitəsilə inzibati məsuliyyət tədbirləri həyata keçirilir. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindən gedir. Belə ki, sözügedən ərazidə quraşdırılmış 2.5 "stop" nişanına əksər sürücülər məhəl qoymurdular. Hazırda ərazidə quraşdırılmış kamera vasitəsilə nişanın tələbini pozan sürücülər məsuliyyətə cəlb edilir.
Qeyd edək ki, stop nişanında dayanmadan keçməyə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub. Əgər bu nişanın tələbini pozaraq baş yoldan gələn nəqliyyat vasitəsinə yol vermədikdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə tətbiq edilə bilər.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Avqust 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















