Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçirilməsi gözlənilən görüş beynəlxalq siyasətdə ən çox müzakirə olunan hadisələrdən biri idi.Viktor Orbanın ev sahibliyi edəcəyi sammitin məqsədi, ilk baxışdan, Ukrayna müharibəsində mümkün atəşkəs barədə danışıqlar aparmaq idi.
Lakin Tramp son anda açıq şəkildə bildirdi ki, əgər bu görüşdən konkret nəticə çıxmayacaqsa, ora getməyəcək.
Bu qərar onun sadəcə formal və nəticəsiz danışıqlara qatılmaq istəmədiyini göstərdi.Putin isə Budapeşt sammitini özünün “beynəlxalq arenaya dönüş” addımı kimi görürdü.
Macarıstanın Rusiya ilə yaxın münasibətləri, Orban hökumətinin Qərbdən fərqli xətti və ölkənin Avropa İttifaqında fərqli mövqeyi Kreml üçün əlverişli şərait yaradırdı.Üstəlik, görüşün Budapeştdə planlaşdırılması simvolik idi.
1994-cü ildə məhz burada Ukrayna nüvə silahlarından imtina etmiş, əvəzində təhlükəsizlik zəmanəti almışdı.
Bu zəmanəti pozan isə elə Rusiya olmuşdu. İndi Putin eyni şəhərdə görüş təşkil etməklə həm keçmişi xatırlatmaq, həm də “oyunun hələ bitmədiy
O, Rusiya qarşısında bir neçə əsas tələb irəli sürüb. Bunlardan biri Moskvanın Çindən uzaqlaşması ilə bağlıdır.