Icma.az
close
up
RU
Budapeşt görüşü niyə baş tutmadı? ŞƏRH

Budapeşt görüşü niyə baş tutmadı? ŞƏRH

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçirilməsi gözlənilən görüş beynəlxalq siyasətdə ən çox müzakirə olunan hadisələrdən biri idi.

Viktor Orbanın ev sahibliyi edəcəyi sammitin məqsədi, ilk baxışdan, Ukrayna müharibəsində mümkün atəşkəs barədə danışıqlar aparmaq idi. Lakin Tramp son anda açıq şəkildə bildirdi ki, əgər bu görüşdən konkret nəticə çıxmayacaqsa, ora getməyəcək. Bu qərar onun sadəcə formal və nəticəsiz danışıqlara qatılmaq istəmədiyini göstərdi.

Putin isə Budapeşt sammitini özünün “beynəlxalq arenaya dönüş” addımı kimi görürdü. Macarıstanın Rusiya ilə yaxın münasibətləri, Orban hökumətinin Qərbdən fərqli xətti və ölkənin Avropa İttifaqında fərqli mövqeyi Kreml üçün əlverişli şərait yaradırdı.

Üstəlik, görüşün Budapeştdə planlaşdırılması simvolik idi. 1994-cü ildə məhz burada Ukrayna nüvə silahlarından imtina etmiş, əvəzində təhlükəsizlik zəmanəti almışdı. Bu zəmanəti pozan isə elə Rusiya olmuşdu. İndi Putin eyni şəhərdə görüş təşkil etməklə həm keçmişi xatırlatmaq, həm də “oyunun hələ bitmədiyi” mesajını vermək istəyirdi.

Trampın maraqları isə tam fərqlidir. O, Rusiya qarşısında bir neçə əsas tələb irəli sürüb. Bunlardan biri Moskvanın Çindən uzaqlaşması ilə bağlıdır. ABŞ administrasiyası Çinin son illərdə artan iqtisadi və texnoloji gücünü təhlükə kimi görür, ona görə də Rusiyanın Pekinlə yaxın münasibətlərini zəiflətmək istəyir.

Digər mühüm tələb isə Rusiyanın hücumlarını dayandırmasıdır. Bunun arxasında həm humanitar, həm də iqtisadi səbəblər dayanır. Tramp administrasiyası Ukrayna ilə nadir mineral ehtiyatların birgə istismarı barədə razılıqlar imzalayıb və bu layihələrin həyata keçməsi üçün bölgədə sabitlik lazımdır.

Bu baxımdan, Trampın əsas məqsədi müharibəni dayandırmaqla həm iqtisadi maraqlarını qorumaq, həm də “sülh gətirən lider” imicini möhkəmləndirməkdir. Onu müharibənin kimin qalib gələcəyi deyil, ABŞ-nin bölgədə öz şərtlərini diktə edə bilməsi maraqlandırır. Müharibənin uzanması isə əksinə, Çinin maraqlarına xidmət edir, çünki Rusiya zəiflədikcə Pekinin iqtisadi və siyasi təsiri artır. Buna görə də Tramp bu qarşıdurmanın tezliklə bitməsini istəyir.

Budapeşt görüşü baş tutmasa da, onun ətrafında formalaşan situasiya çox şeyi aydın göstərdi. Putin üçün bu görüş beynəlxalq legitimlik qazanmaq cəhdi idi, Tramp üçünsə yeni qaydaları diktə etmək imkanı. Amma nəticə etibarilə tərəflərin maraqları üst-üstə düşmədi. ABŞ konkret şərtlər tələb etdi, Rusiya isə bunlara razılaşmadı.

Nəticədə Budapeşt sammiti təxirə salındı, amma bu hadisə yeni geosiyasi reallığın təzahürünə çevrildi: Qərb artıq Rusiyadan sülh ritorikası deyil, real addımlar gözləyir. Tramp isə bu mərhələdə “müharibəni dayandıran prezident” obrazı ilə həm daxili siyasətdə üstünlük qazanmağa, həm də beynəlxalq sistemdə ABŞ-nin liderliyini bərpa etməyə çalışır.

Züriyə Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri