Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə hazırlanıb) 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutulur.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.
Həmin vəsaitin 41 milyon manatı güzəştli kateqoriyadan olan vətəndaşlarımız üçün nəzərdə tutulub.
Bundan başqa, aztəminatlı təbəqənin təhsil davamlılığını təmin etmək üçün Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalı 126 milyon manata çatdırılacaq.
Bəs hazırda ali təhsillə bağlı hansı sahələrdə islahata ehtiyac var?
Bu məbləğ hansı xərclərin qarşılanması və hansı problemlərin həlli üçün istiqamətləndirilə bilər?
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib ki, gələn il üçün dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərclərinə ayrılan 570 milyon manat böyük məbləğ kimi görünə bilər.