Icma.az
close
up
RU
Büdcədən ali təhsil üçün ayrılan 570 milyon hansı problemləri həll edə bilər?

Büdcədən ali təhsil üçün ayrılan 570 milyon hansı problemləri həll edə bilər?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə hazırlanıb) 

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib. 

Həmin vəsaitin 41 milyon manatı güzəştli kateqoriyadan olan vətəndaşlarımız üçün nəzərdə tutulub. Bundan başqa, aztəminatlı təbəqənin təhsil davamlılığını təmin etmək üçün Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalı 126 milyon manata çatdırılacaq. 

Bəs hazırda ali təhsillə bağlı hansı sahələrdə islahata ehtiyac var? Bu məbləğ hansı xərclərin qarşılanması və hansı problemlərin həlli üçün istiqamətləndirilə bilər? 

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib ki, gələn il üçün dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərclərinə ayrılan 570 milyon manat böyük məbləğ kimi görünə bilər. Amma sual yaranır ki, həmin vəsait bu xərcləri qarşılamağa nə qədər effektiv şərait yaradacaq:

"Universitet xərclərinin pərdəarxası detalları var ki, biz onu görə bilmirik. Bunu yalnız universitet və dövlət görə bilir. Hansısa bir universitetə orada təhsil alan tələbələr üçün müəyyən edilmiş məbləğ ayrılırsa, həmin pulun miqdarının artırılması univeristetin də yükünü müəyyən qədər azalda bilər. Bunu isə tələbələrdən çox, univeristetdə, xüsusilə təhsil ocağının maliyyə məsələsi ilə məşğul olan insanlar daha yaxşı anlayar”. 


Ekspert deyir ki, burda söhbət 570 milyon manatlıq büdcədən gedir. Bu vəsaitlə də universitetelərin bir çox problemini həll etmək olar:

"İlk növbədə universitetlərin yataqxana imkanları düzəlməlidir. Bu gün ən böyük problem məhz yataqxanalarla bağlıdır. Hazırda Azərbaycan COP29 kimi böyük beynəlxalq tədbirə ev sahibliyi edir. Dünyanın əksər ölkələrindən gələn şəxslər arasında tələbələr çoxluq təşkil edir. Müzakirələdə qeyd edildiyi kimi COP29 həm də əcnəbi tələbələrdə ölkəmizdə olan təhsilə maraq yaradacaq. Lakin o tələbələri yerləşdirmək üçün bizim yataqxana problemimiz var. Universitetlərimizin bir çoxu ən yaxşı halda yataxanaya ehtiyacı olan tələbələrinin yalnız 3 faizini təmin edə bilir. Məsələn, Azərbaycan Neft və Sənaye Universitetinin 10 000-dən çox kontingenti var. Onların əksər hissəsi əcnəbi tələbələr, bir hissəsi isə müxtəlif rayonlardan Bakıya təhsil üçün gələn gənclərdir. Ancaq universitetin 700 yerlik yataqxanası var. Belə görünə bilər ki, 700 kiçik rəqəm deyil, lakin bu rəqəm yataqxanaya ehtiyacı olan minlərlə tələbənin neçə faizini ödəyir? 

Qeyd edim ki, digər universitetlərdə də durum fərqli deyil. Bizim tələbələr bu ehtiyaclarını müxtəlif kirayə evlərlə ödəməyə çalışsalar da, əcnəbi tələbələr universitetlərin ilk növbədə yataqxana və kompus imkanları ilə maraqlanır. Bu imkanlar olmadıqda universitetlələrin beynəlxalq statistik göstəricilərini də azaltmış oluruq”.

Pulsuz təhsilə gəlincə, ekspertin sözlərinə görə, istər orta təhsil seqmenti, istərsə də ali təhsil seqmentində belə bir anlayış yoxdur:

"Ümumiyyətlə, dünyanın heç bir yerində ödənişsiz təhsil anlayışı yoxdur. Sadəcə digərlərinə nisbətən uğurlu nəticə göstərən şəxslərin ali təhsili özlərinin və valideynlərin maddi vəsaiti hesabına deyil, məhz dövlətin ona ayıracağı pula görə qarşılanır. Deməli, bu gün bizdə el arasında deyildiyi kimi "pulsuz oxuyan”, yəni dövlət hesabına oxuyan hər tələbə üçün müəyyən bir vəsait ayrılır. Heç bir tələbə pulsuz oxumur. Bu tələbələrin böyük bir qismi təhsil haqqını öz cibindən deyil, dövlət büdcəsindən ödəmiş olur. Dövlət dörd ildən sonra ona lazım olan kadrların formalaşdırlması üçün vəsait xərcləməkdən çəkinmir”. 

Elmin Nurinin sözlərinə görə, dövlət sifarişi ilə təhsil alanlarının sayının illərlə artması da onu göstərir ki, avtomatik dövlət büdcəsindən ali təhsillə bağlı ayrılan xərclərin miqdarı avtomatik artmış olacaq:

"Mən rastlaşdığım hadisələr əsasında deyirəm ki, bir çox universitet təmsilçiləri, ümumiyyətlə rəhbərlikdə təmsil olunan şəxslər dövlət sifarişi ilə oxuyan tələbələrə ayrılan vəsaitin onlara hesablanan xərcləri qarşılamadığını deyirlər. Bu o demək deyil ki, bir tələbəyə verilən konkret pul onlara çatmır, xeyr, tələbəyə ayrılan xərcin içərisində ona dərs deyən müəllimlərin əməkhaqqıları, oxuduğu universitetin xidməti istiqamətləri, laboratoriya imkanları, infrastruktur, digər detallar da nəzərə alınır və bu orta statistik rəqəm kimi hesablanır. Bir neçə ildir ki, yaxşı bir tendensiya yaranıb. Özəl ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı ildən-ilə artır, qarşıdakı illərdə isə daha da çoxalacağı gözlənilir. Lakin bu il bir çox universitet ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqılarının artması ilə bağlı qərar verdi. Bunu da universitetin xərcələrinin özünü tam ödəyə bilməməsi ilə əsaslandırıb. Xüsusi ilə bu universitetlərin bəziləri publik hüquqi şəxs statusundadır və özünü maliyyələşmə mexanizmi bunu bir az da çətinləşdirmiş oldu”. 

Həmsöhbətimiz qeyd edib ki, bu gün bizim universitetlərimizdə tələbələr üçün müəyyən stimullaşdırıcı addımlar atılmalıdır:

"Dövlət büdcəsindən ali təhsil üçün ayrılan vəsaitdə tələbələr üçün stimullaşdırıcı addımlar da nəzərə alınmalıdır. Ümumiyyətlə, bu sahədə olan problemlərlə bağlı görüləsi işlər çoxdur. Bu gün ölkəmizdə 52 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 7-si xüsusi təyinatlıdır, 11-i özəl ali məktəbdir, qalanı isə birbaşa dövlət hesabına maliyyələşir. Xüsusi təyinatlı ali təhsil müəssisələri də daxil olmaqla dövlət hesabına maliyyələşən 41 ali təhsil ocağı var. Universitetlərin özlərini maliyyələşdirməsi üçün büdcədən kənar layihələrə də cəlb edilməsi vacibdir. Bundan başqa, universitetlərin məzunlar assosiasiyası yaradılmalı, onlar da özlərinin fondlarını, bu fondlar isə həmin universitetdə təhsil alan tələbələrə təhsil üçün müxtəlif imkanlar yaratmalıdır”. 

Günay İlqarqızı

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see303

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see277

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see277

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see266

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see260

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see254

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see246

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see240

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see236

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see231

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see226

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see225

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see222

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see212

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see211

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see204

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see197

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see194

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see186

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri