Büdcənin gəlirlərində qeyri neft sektorundan daxilolmaların payı 51,6 faizə yüksəlib | Icm…
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Ötən ilin dövlət büdcəsi "post-faktum bir məsələ olsa da, onun icrasına dair hesabatın qanun layihəsi şəklində parlamentdə müzakirəsi bir neçə mühüm səbəb və məntiqə əsaslanır.
Birincisi, Azərbaycan Respublikasının Əsas Qanununda dövlət büdcəsinin təsdiq edilməsi ilə yanaşı, həm də onun icrasına nəzarət Milli Məclisin əsas mandatı kimi müəyyən edilmişdir.
Parlament qarşısında büdcə hesabatlılığı mahiyyətcə elə büdcəyə nəzarətin həyata keçirilməsidir".Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.O deyib ki, büdcənin icrası ilə bağlı Milli Məclis qarşısında hesabatlılıq “Büdcə sistemi haqqında” qanunun tələblərindən irəli gəlir:"Büdcənin icra nəticələrinin Parlamentdə müzakirəsi bir tərəfdən büdcəyə nəzarət mexanizmlərini gücləndirir, digər tərəfdən də şəffaflığa şərait yaradır.
Büdcənin icrasına dair hesabatlılıq yol verilmiş xətaların, çatışmazlıqların aşkar edilməsinə, icra nəticələrinin sistemli təhlilinə, maliyyə intizamının gücləndirilməsinə şərait yaradır.
Dördüncüsü, büdcənin icra nəticələrinin nəzərdən keçirilməsi büdcə prosesinin təkmilləşdirilməsinə xidmət edən mühüm reqlamentdir.
Belə ki, aparılan müzakirələr büdcə sistemindəki zəif bəndlərin aradan qaldırılması, aşkar edilmiş xətaların növbəti büdcə planlaşdırılmasında təkrarlanmaması üçün müvafiq tövsiyələrin verilməsi ilə nəticələnir.Nəhayət, büdcənin icrasına dair hesabat yalnız rəqəmlərin müqayisəsi deyil, həm də makroiqtisadi vəziyyətin, iqtisadi siyasətin effektivliyinin qiymətləndirilməsi üçün bir vasitədir.Bu baxımdan, Milli Məclisdə dövlət büdcəsinin icra nəticələrinə dair müzakirələrin aparılması büdcə prosesinin çox mühüm mərhələsi olmaqla, mahiyyətcə hökumətin parlament qarşısında büdcə hesabatlılığı kimi dəyərləndirilə bilər".
Komitə sədri qeyd edib ki, ötən ilin dövlət büdcəsi dürüstləşdirilmiş büdcədir:"Xatırlatmaq istərdim ki, 2024-cü il büdcəsinə həmin ilin iyun ayında yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8,1 faiz və ya 3 mlrd.
Tam oxu
Xəbəri oxu