Icma.az
close
up
RU
Büdcənin gəlirlərində qeyri neft sektorundan daxilolmaların payı 51,6 faizə yüksəlib

Büdcənin gəlirlərində qeyri neft sektorundan daxilolmaların payı 51,6 faizə yüksəlib

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Ötən ilin dövlət büdcəsi "post-faktum bir məsələ olsa da, onun icrasına dair hesabatın qanun layihəsi şəklində parlamentdə müzakirəsi bir neçə mühüm səbəb və məntiqə əsaslanır.
Birincisi, Azərbaycan Respublikasının Əsas Qanununda dövlət büdcəsinin təsdiq edilməsi ilə yanaşı, həm də onun icrasına nəzarət Milli Məclisin əsas mandatı kimi müəyyən edilmişdir. Parlament qarşısında büdcə hesabatlılığı mahiyyətcə elə büdcəyə nəzarətin həyata keçirilməsidir".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
O deyib ki, büdcənin icrası ilə bağlı Milli Məclis qarşısında hesabatlılıq “Büdcə sistemi haqqında” qanunun tələblərindən irəli gəlir:
"Büdcənin icra nəticələrinin Parlamentdə müzakirəsi bir tərəfdən büdcəyə nəzarət mexanizmlərini gücləndirir, digər tərəfdən də şəffaflığa şərait yaradır. Büdcənin icrasına dair hesabatlılıq yol verilmiş xətaların, çatışmazlıqların aşkar edilməsinə, icra nəticələrinin sistemli təhlilinə, maliyyə intizamının gücləndirilməsinə şərait yaradır.
Dördüncüsü, büdcənin icra nəticələrinin nəzərdən keçirilməsi büdcə prosesinin təkmilləşdirilməsinə xidmət edən mühüm reqlamentdir. Belə ki, aparılan müzakirələr büdcə sistemindəki zəif bəndlərin aradan qaldırılması, aşkar edilmiş xətaların növbəti büdcə planlaşdırılmasında təkrarlanmaması üçün müvafiq tövsiyələrin verilməsi ilə nəticələnir.
Nəhayət, büdcənin icrasına dair hesabat yalnız rəqəmlərin müqayisəsi deyil, həm də makroiqtisadi vəziyyətin, iqtisadi siyasətin effektivliyinin qiymətləndirilməsi üçün bir vasitədir.
Bu baxımdan, Milli Məclisdə dövlət büdcəsinin icra nəticələrinə dair müzakirələrin aparılması büdcə prosesinin çox mühüm mərhələsi olmaqla, mahiyyətcə hökumətin parlament qarşısında büdcə hesabatlılığı kimi dəyərləndirilə bilər".
Komitə sədri qeyd edib ki, ötən ilin dövlət büdcəsi dürüstləşdirilmiş büdcədir:
"Xatırlatmaq istərdim ki, 2024-cü il büdcəsinə həmin ilin iyun ayında yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8,1 faiz və ya 3 mlrd. manata yaxın artırılmışdır. Büdcə dəyişikliyini proqnozdan artıq vergi daxilolmaları və artan maliyyə ehtiyaclarımız şərtləndirmişdir.
Ötən ilin maliyyə sənədi həm də artan büdcə kimi xarakterizə olunur. Belə ki, o həm proqnoza, həm də əvvəlki ilə nisbətən artmışdır. Ümumiyyətlə, son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir. Müqayisə üçün qeyd edək ki, 2020-2024-cü illəri əhatə edən son 5 ildə büdcə xərcləri 11,3 mlrd. manat və ya 43 faiz artmışdır.
Sosial və investisiya yönümlü xərclərin uzlaşdırılması və bir-birini tamamlaması icra edilmiş büdcənin əsas cəhətlərindəndir. Büdcə məxaricinin 56,6 faizinin cari, 40 faizinin isə əsaslı xərclərdən ibarət olması bunu bir daha təsdiq edir.
Müzakirə etdiyimiz büdcənin digər bir xüsusiyyəti onun dayanıqlıq meyarlarına əsasən cavab verməsidir. Belə ki, ötən il cari xərclərin 90,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanmışdır. Komitə iclasında hörmətli maliyyə naziri bu rəqəmin 100 faizə çatdırılmasını perspektiv hədəflərdən biri kimi qeyd etmişdir".
Azər Əmiraslanov onu da bildirib ki, 2024-cü ildə dünyada müharibə və münaqişələrin şiddətlənməsi, geosiyasi gərginliyin davam etməsi, dünya ölkələrinin bir-birinə qarşı tətbiq etdikləri sərt maliyyə sanksiyaları və ticarət məhdudiyyətləri qlobal iqtisadi artımın səviyyəsini 3,3 faizdən 3,2 faizə kimi azaltmışdır. Qlobal borclanmanın yüksək səviyyəsi fonunda illik inflyasiya 4,9 faiz təşkil etmişdir:
"Dünya iqtisadiyyatındakı neqativ konyuktur dəyişikliklərindən fərqli olaraq, ölkəmizdə 2024-cü ilin makroiqtisadi mənzərəsi qənaətbəxş olmuşdur. Bu dövrdə ÜDM 4,1 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 6,2 faiz təşkil etməklə ÜDM-da 68 faizlik paya malik olmuşdur.
İllik inflyasiya 4,9 faiz olmaqla hədəf diapazonu daxilində formalaşmış, orta illik inflyasiya isə 2,2 faiz təşkil etmişdir. Xüsusi olaraq qeyd etmək istərdim ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasət həm makroiqtisadi sabitliyi, həm də fiskal siyasəti dəstəkləmişdir. Görülmüş tədbirlər milli valyutanın mübadilə məzənnəsində sabitliyi təmin etmişdir.
Tədiyyə balansının cari əməliyyatlar hesabı 4,7 milyard dollarlıq müsbət saldoya malik olmuşdur. Beləliklə, strateji valyuta ehtiyatlarımız 71,0 milyard dollara çatmışdır. Təxminən ÜDM-in həcminə bərabər olan bu göstərici xarici dövlət borcunu təqribən 14 dəfə üstələmişdir.
2024-cü ildə “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 dollar səviyyəsində qərarlaşmışdır. Bu icra edilmiş dövlət büdcəsi üzrə əsas götürülən 75 dollardan 10,4 faiz çox olmuşdur.
Bir sözlə, müzakirə etdiyimiz dövlət büdcəsi makroiqtisadi sabitlik şəraitində icra edilməklə yanaşı, həm də makroiqtisadi tarazlığın qorunmasına töhfə vermişdir".
Komitə sədrinin sözlərinə görə, yeni tərtib edilmiş büdcə layihəsində olduğu kimi, büdcənin icrasına dair hesabatın da təhlili və dəyərləndirilməsinin öz alqoritmi var:
"Bu özündə aşağıdakı göstəricilərin nəzərdən keçirilməsini ehtiva edir.
Birincisi, büdcənin gəlirləridir. Hesabatın təhlili göstərir ki, gəlirlər proqnoz rəqəmlərindən artıq icra edilmişdir. Belə ki, 2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 37,2 mlrd. manat olmaqla, proqnoza qarşı 774 mln. manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 mlrd. manat və ya 5,5 faiz çox icra edilmişdir.
Hesabat ilində vergi orqanlarının xətti ilə büdcəyə 15,8 mlrd. manat, gömrük orqanlarının xətti ilə 6,6 mlrd. manat vəsait təmin edilmişdir. Bu isə proqnoza nisbətən müvafiq olaraq, 538 mln. manat və 214 mln. manat çoxdur.
Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozla müqayisədə 573 mln. manat və ya 3,1 faiz artıq icra olunmaqla, 19,2 mlrd. manat təşkil etmiş, 2023-cü ilin müvafiq göstəricisini 2,1 mlrd. manat və ya 12,4 faiz üstələmişdir.
Büdcənin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 48,5 faizdən 51,6 faizə yüksəlmişdir.
Qeyri-neft sektoru üzrə daxilolmaların proqnozları üstələməsi bu sektor üzrə ÜDM-in makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olması ilə əlaqədar olmuşdur. Belə ki, qeyri-neft ÜDM proqnozdan 956 milyon manat çox olmuş, real artım tempi isə 0,7 faiz-bəndi təşkil etmişdir.
Hesabat dövründə Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu kimi 12,8 mlrd. manat transfert edilmişdir".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 İyun 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri