Büdcənin pensiya yükü artır, gəlir xərci bağlamır “Hökumətin 2 yolu var...” | Icma.az
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir. “Pensiya məsələlərinə görə fikir bildirmək üçün ilk növbədə bu sadə mexanizmi bilmək la
Ölkədə işləyənlərdən toplanan sosial sığorta və digər ödənişlər elə həmin dövrdə pensiyaçılara verilir.
Yəni hər il nə qədər vəsait yığılırsa, elə həmin il də xərclənir. Amma əsas problem budur ki, yığılan pul verilməli olan puldan azdır.
Ən pisi və qorxulusu da odur ki, bu fərq getdikcə böyüyür”.“AzPolitika” bildirir ki, bu fikirləri tanınmış iqtisadçı Eldəniz Əmirov ossial şəbəkə hesabında paylaşıb.
İqtisadçı xatırladır ki, ötən il pensiyaları ödəmək üçün 1,2 milyard manat çatmamışdı və bu fərq dövlət büdcəsindən transfer olunmuşdu.
Onun sözlərinə görə, bu il isə bu çatışmayan pul daha 400 milyon manat artaraq 1,6 milyard manata çatıb.
“Çünki, 2025-ci ildə fonda 6 milyard yığılması gözlənildiyi halda fondun verməli oldiuğu pensiya məbləğləri 7,6 milyard manata yüksəlib.
Göründüyü kimi fərq ildən-ilə böyüyür və bu, prosesin hansı istiqamətə getdiyini çox açıq göstərir.
Tam oxu
Xəbəri oxu