Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

İran rejimi legitimliyini itirir ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Büdcənin pensiya yükü artır, gəlir xərci bağlamır “Hökumətin 2 yolu var...”

Büdcənin pensiya yükü artır, gəlir xərci bağlamır “Hökumətin 2 yolu var...”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Pensiya məsələlərinə görə fikir bildirmək üçün ilk növbədə bu sadə mexanizmi bilmək lazımdır. Ölkədə işləyənlərdən toplanan sosial sığorta və digər ödənişlər elə həmin dövrdə pensiyaçılara verilir. Yəni hər il nə qədər vəsait yığılırsa, elə həmin il də xərclənir. Amma əsas problem budur ki, yığılan pul verilməli olan puldan azdır. Ən pisi və qorxulusu da odur ki, bu fərq getdikcə böyüyür”.

“AzPolitika” bildirir ki, bu fikirləri tanınmış iqtisadçı Eldəniz Əmirov ossial şəbəkə hesabında paylaşıb. İqtisadçı xatırladır ki, ötən il pensiyaları ödəmək üçün 1,2 milyard manat çatmamışdı və bu fərq dövlət büdcəsindən transfer olunmuşdu. Onun sözlərinə görə, bu il isə bu çatışmayan pul daha 400 milyon manat artaraq 1,6 milyard manata çatıb. 

“Çünki, 2025-ci ildə fonda 6 milyard yığılması gözlənildiyi halda fondun verməli oldiuğu pensiya məbləğləri 7,6 milyard manata yüksəlib. Göründüyü kimi fərq ildən-ilə böyüyür və bu, prosesin hansı istiqamətə getdiyini çox açıq göstərir. Hələ Fondunun milyardlarla ölçülən və ildən-ilə artan debitor borclarını demirəm”, “- E.Əmirov vurğulayıb.

İqtisadçının sözlərinə görə, ən diqqətçəkən məqam 2026-cı ildə dövlət büdcəsinin artım tempi cəmi 0,3 faiz proqnozlaşdırılmasıdır: “Yəni büdcə faktiki olaraq yerində qalıb, amma pensiya xərcləri ildən ilə böyüyür. Deməli, qarşıdakı artımı büdcə hesabına qarşılamaqla bağlı çətinliklər qaçılmazdır.

Belə vəziyyətdə bu fərqi bağlamaq üçün iki yol qalır:

Birinci yol müvəqqəti transferlərdir. Dövlət ehtiyat mənbələrindən, xüsusilə Neft Fondundan vəsait yönləndirilməsi ilə bu fərq bağlana bilər. Amma bu davamlı həll deyil. İstifadə etmək olar, amma müəyyən həddə qədər. Bu ölkənin strateji valyuta ehtiyatıdır və ehtiyatsız xərclənməsi ciddi risklər yaradar. Heç bir ölkə bu modeli uzun müddət davam etdirə bilməz.

İkinci yol inkişaf etmiş ölkələrin demək olar ki, 99 faizində tətbiq olunan yoldur. Bu gəlirlərin və şəffaflığın artırılması yoludur. Bu çətin yoldur, amma “ölümsüz” yoldur. Yəni, əgər iqtisadiyyat inkişaf edib əməkhaqları yüksələrsə, sosial sığorta ödənişləri də artacaq. Məsələn, bu gün 1000 manat maaş alan şəxsin bu gəlirinə görə fonda təxminən 250 manat toplanır. Əgər həmin şəxs 3000 manat maaş alsaydı, toplanan məbləğ 750 manat olardı. Bu isə Pensiya Fondunun gəlirlərini 3 dəfə artırararaq, 6 milyard deyil, təxminən 17-18 milyarda çatdırardı. O zaman nə pensiya yaşının artırılması bu qədər müzakirə mövzusu olardı, nə də pensiyaların artırılması bu qədər çətin. Hətta dünyasını dəyişmiş insanların da pensiya kapitalı ailələrinə rahat şəkildə verilə bilərdi”.

E.Əmirov vurğulayır ki, bu məsələ sadəcə sosial məsələ deyil, soyuq riyaziyyat və uzunmüddətli iqtisadi baxış tələb edən ciddi bir məsələdir. 

“Əgər bu gün iqtisadi bazanı genişləndirməsək, sabah bu fərqi bağlamaq daha da çətinləşəcək. Dövlət büdcəsi bu yükü sonsuzadək daşıya bilməz”, - o qeyd edib.

İqtisadçı deyir ki, üçüncü bir yol da var: “Bu yol nə iqtisadiyyatı böyüdür, nə də gəlirləri artırır. Sadəcə pensiya yaşı artırılaraq, fiskal yükün azaldılması təmin edilir və perspektiv risklər idarəolunan səviyyəyə endirilir”.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see180

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see158

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri