Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Aprelin 17-də Avropa Liqasının (AL) 1/4 finalına yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, Roma və Mançesterdə keçirilən cavab oyunlarında daha maraqlı hadisələr baş verdi.Bu mərhələnin ilk 4 oyunundan yalnız biri ev sahiblərinin qələbəsi ilə başa çatmışdı.
Buna isə “Qarabağ”ın vahid liqa mərhələsində Norveçdə 2:1 hesabıyla məğlub etdiyi “Bude/Qlimt” nail olmuşdu.
Ötən il keçirilən vahid liqa mərhələsini “Atletik” ilə birlikdə 8 oyuna 19 xalla şərikli lider kimi başa vuran “Latsio”nun işi asan görünmürdü.
İtaliya klubu evdəki cavab görüşünün ilk hissəsini minimal üstünlüklə başa vurandan sonra da meydanda ağalıq etdi.
Xaykinin seyvləri qonaqların işinə yarasa da, rusiyalı qapıçı əsas vaxtın sonuna saniyələr qalarkən Noslinin zərbəsini dəf edə bilmədi.
İki oyunun nəticəsi bərabərləşdiyi üçün qaçılmaz olan əlavə vaxtda Dia romalılara lazım olan 3-cü qolu vurdu.
Lakin özündə güc tapan skandinaviyalılar fərqi ikiyə endirməklə mübarizəni penalti seriyasına daşıdılar.