Icma.az
close
up
RU
“Bude/Qlimt” ilk dəfə yarımfinala çıxdı!

“Bude/Qlimt” ilk dəfə yarımfinala çıxdı!

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 17-də Avropa Liqasının (AL) 1/4 finalına yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, Roma və Mançesterdə keçirilən cavab oyunlarında daha maraqlı hadisələr baş verdi.
Bu mərhələnin ilk 4 oyunundan yalnız biri ev sahiblərinin qələbəsi ilə başa çatmışdı. Buna isə “Qarabağ”ın vahid liqa mərhələsində Norveçdə 2:1 hesabıyla məğlub etdiyi “Bude/Qlimt” nail olmuşdu. Ötən il keçirilən vahid liqa mərhələsini “Atletik” ilə birlikdə 8 oyuna 19 xalla şərikli lider kimi başa vuran “Latsio”nun işi asan görünmürdü. İtaliya klubu evdəki cavab görüşünün ilk hissəsini minimal üstünlüklə başa vurandan sonra da meydanda ağalıq etdi. Xaykinin seyvləri qonaqların işinə yarasa da, rusiyalı qapıçı əsas vaxtın sonuna saniyələr qalarkən Noslinin zərbəsini dəf edə bilmədi. İki oyunun nəticəsi bərabərləşdiyi üçün qaçılmaz olan əlavə vaxtda Dia romalılara lazım olan 3-cü qolu vurdu. Lakin özündə güc tapan skandinaviyalılar fərqi ikiyə endirməklə mübarizəni penalti seriyasına daşıdılar. Bu sınağın qəhrəmanı isə Çauna ilə Kastelyanosun zərbələrini dəf edən Xaykin oldu. “Bude/Qlimt” avrokuboklarda ilk dəfə yarımfinala çıxdı!
Liqa mərhələsində 18 xalla 3-cü yeri tutan “Mançester Yunayted” üçün turnirdəki hər oyunun böyük əhəmiyyətinin olduğu hamıya bəllidi. İngiltərə daxilində olduqca zəif nəticələr göstərən Ruben Amorimin komandasının Çempionlar Liqasına vəsiqə qazanmaq üçün yeganə çıxış yolu AL-də qələbədi. Liondakı ilk matçda qənaətbəxş nəticəyə (2:2) nail olan MY “Old Trafford”dakı cavab oyununun ilk yarısını iki cavabsız qolla başa vurdu. Lakin təslim olmağı ağıllarından belə keçirməyən lionlular fasilədən sonra hər iki qolun cavabını verməklə əlavə vaxtı qaçılmaz etdilər. “Overtaym”da isə əsl futbol trilleri yaşandı. 110-cu dəqiqədə qonaqlar 4:2 hesabıyla önə çıxmışdılar. Ev sahiblərinin bundan sonrakı əzmkarlığı qitə kuboklarının tarixinə düşdü. İnanılmazdı, amma “Yunayted” qalan vaxtda üç cavabsız qol vurmaqla yarımfinala çıxdı. Avrokuboklarda ilk dəfə 120 və sonrakı dəqiqələrdə iki qol vuran ilk komanda olan İngiltərə nəhəngi seriyasını 12 oyuna çatdırdı. MY cari mövsümdə AL-də 7 qələbə qazanıb, 5 matçı isə heç-heçə başa vurub.
Öz meydanında “Ayntraxt”a qalib gələ bilməyən (1:1) “Tottenhem” üçün də AL-də qələbə mövsümün qalan hissəsində ən vacib hədəfdi. Frankfurtdakı cavab görüşünü böyük motivasiya ilə keçirən londonlular fasilə ərəfəsində penalti ilə hesabı açdılar. İkinci hissəni də özünəinamlı keçirən “Tottenhem” layiqli şəkildə yarımfinala adladı. “Ayntraxt”ın məğlubiyyəti ilə avrokuboklarda Almaniya təmsilçisinin qalmadığını da qeyd edək.
İlk matçlarda qol vurulmayan yeganə oyun Qlazqoda baş tutmuşdu. Pröpperin 13-cü dəqiqədə qırmızı vərəqə ilə azlıqda qoyduğu “Reyncers” cütün favoriti sayılan “Atletik”in həmlələrinə sona qədər tab gətirə bilmişdi. Lakin Bilbaodakı oyunun nəticəsi gözlənildiyi kimi oldu. İki cavabsız qolla qalib gələn “Atletik” doğma meydanında keçiriləcək finala bir addım da yaxınlaşdı.
Beləliklə, yarımfinalda “Atletik” MY, “Tottenhem” isə “Bude/Qlimt” ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları mayın 1-də adı birinci göstərilən komandaların meydanında keçiriləcək.
1/4 final, cavab oyunları
Latsio (İtaliya) - Bude/Qlimt (Norveç) 3:1, p. – 2:3 (ilk oyun – 0:2)

Kastelyanos, 21. Noslin, 90+3. Dia, 100 - Helmersen, 109.
Latsio: Mandas, Latsari, Romanyoli, Xila, Maruşiç (Tavareş, 68/ Hüsay, 94), Genduzi, Rovella (Vesino, 85), İsaksen (Çauna, 84), Zakkanyi (Noslin, 88), Pedro (Dia, 68), Kastelyanos.
Bude/Qlimt: Xaykin, Şevold, Qunnersen, Byortuft, Byorkan (Serli, 103), Evyen (Moe, 89), Berq, Saltnes (Brustad-Felt, 57), Blomberq (Myaattya, 76), Hög (Helmersen, 76), Hauqe.
Mançester Yunayted (İngiltərə) - Lion (Fransa) 5:4, əlavə vaxtda (2:2)
Uqarte, 10. Dalot, 45+1. B.Fernandeş, 114-p. Maynu, 120. Maquayr, 120+1 - Tolisso, 71. Talyafiko, 78. Şerki, 105. Lakazett, 110-p.
Mançester Yunayted: Onana, Dalot, Mazraui (Şou, 46), Maquayr, Yoro, Dorqu (Amass, 100), Kazemiro, Uqarte (Maunt, 86), B.Fernandeş, Qarnaço (Eriksen, 100), Höylunn (Maynu, 86).
Lion: Perri, Mata, Nyakate, Meytlend-Nayls, Talyafiko (Çaleta-Sar, 115), Akuoku (Tessmann, 55), Tolisso, Veretu (Lakazett, 55), Şerki (Abner, 106), Mikautadze (Fofana, 64), Almada.
Ayntraxt (Frankfurt, Almaniya) - Tottenhem (İngiltərə) 0:1 (1:1)
Solanke, 43-p.
Ayntraxt: Santos, Kristensen, Tuta, Kox, Teate, Braun (Knauff, 76), Larsson (Vai, 76), Sxiri, Götse (Şaibi, 17), Baoyya (Uzun, 58), Ekitike.
Tottenhem: Vikario, Porro, Romero, Van de Veen, Udoci, Berqvall, Bentankur, Meddison (Kulusevski, 45+1), Conson (Danso, 85), Solanke, Tel (Sarr, 79).
Atletik (İspaniya) - Reyncers (Şotlandiya) 2:0 (0:0)
Sanset, 45+4-p. N.Uilyams, 80.
Atletik: Aqirresabala, De Markos, Vivian, Yeray, Lekue, De Qalarreta (Prados, 73), Xaureqisar, Berenger (Vesqa, 87), Sanset (U.Qomes, 82), N.Uilyams (Calo, 87), Sannadi (Quruseta, 73).
Reyncers: Kelli, Tavernye, Sauttar, Baloqun (İqman, 50), Yılmaz (Barron, 23), Jefte, Raskin, Haci (Nsyala, 46), Çernı (Bayrami, 84), Dyomande (Pereyra, 84), Dessers.
Bombardirlər: Hög (Bude/Qlimt), Əl-Kaabi (Olimpiakos) - 7, Varqa (Ferentsvaroş), Omorodion (Portu), Osimhen (Qalatasaray), Fofana (Lion), Çernı (Reyncers), Ən-Nəsiri (Fənərbaxça) - 6.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri