Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir. Yeni il ilə birgə “Bugatti”nin hekayəsində nəfəs kəsən yeni bir dövr bizi gözləyir.
“Bugatti”nin heyranlıq doğuracaq hiper idman avtomobili Tourbillon, Şanxay və Honq Konqda iz buraxdıqdan sonra, oradan Qərbə istiqamətlənərək ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakıda yeni şourumun açılışında təqdim edilib.
Bakının dəniz sahilinin yaxınlığında, şəhərin premium lüks mərkəzində yerləşən “Bugatti Baku” dünyanın ən böyük “Bugatti” shourumu kimi rəsmi olaraq qapılarını açıq elan edib.
Bölgədə dünya miqyasında tanınan lüks avtomobil markalarını təmsil edən “Nazar Holdings”ə məxsus bu şourum, “Bugatti”nin yeni vizual kimliyinin və yaradıcı istiqamətinin nə qədər heyranedici olduğunu göstərməklə yanaşı, eyni zamanda zövq sahibləri, media təmsilçiləri və ölkə rəsmilərinin iştirak etdiyi möhtəşəm və təntənəli Açılış Gecəsi üçün ideal məkan olub.
Bu möhtəşəm gecənin xüsusi qonağı olan “Bugatti Tourbillon” modeli, Asiya və Avropanın qovşağında yerləşən, tarixi və müasir memarlıq incəliklərini özündə birləşdirən Azərbaycanın paytaxtı Bakı şəhərində ilk debütü ilə yeni bir dövrün başlangıcını elan edir.
Şəhərin “Flame Towers”, “Crescent Bay” göydələn kompleksləri, Qız Qalası kimi möhtəşəm tarixi memarlıq abidələri bu yeni hiper idman avtomobilinin ecazkar dizayn konseptini tamamlayaraq gecəyə unudulmaz bir damğa vurub.
Hendrik Malinowski, “Bugatti”nin İdarəedici Direktoru: “Bugatti Baku”nun möhtəşəm açılışı və “Nazar Holdings”lə uğurlu tərəfdaşlığımız sayəsində biz brendin gücünü dünyanın maraqlı bazarlarında daha da genişləndirir və möhkəmləndiririk.
Tərəfdaşlarımız müştərilərimizlə əsas əlaqə nöqtələrimizdir; onlar müştərilərimizi Bugatti dünyasına qovuşdurmaq üçün vacib bir körpü rolunu oynayır.