Icma.az
close
up
RU
“Bugatti Baku” təntənəli açılışını qeyd edir! Fotolar

“Bugatti Baku” təntənəli açılışını qeyd edir! Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Yeni il ilə birgə “Bugatti”nin hekayəsində nəfəs kəsən yeni bir dövr bizi gözləyir.

“Bugatti”nin heyranlıq doğuracaq hiper idman avtomobili Tourbillon, Şanxay və Honq Konqda iz buraxdıqdan sonra, oradan Qərbə istiqamətlənərək ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakıda yeni şourumun açılışında təqdim edilib.

Bakının dəniz sahilinin yaxınlığında, şəhərin premium lüks mərkəzində yerləşən “Bugatti Baku” dünyanın ən böyük “Bugatti” shourumu kimi rəsmi olaraq qapılarını açıq elan edib. Bölgədə dünya miqyasında tanınan lüks avtomobil markalarını təmsil edən “Nazar Holdings”ə məxsus bu şourum, “Bugatti”nin yeni vizual kimliyinin və yaradıcı istiqamətinin nə qədər heyranedici olduğunu göstərməklə yanaşı, eyni zamanda zövq sahibləri, media təmsilçiləri və ölkə rəsmilərinin iştirak etdiyi möhtəşəm və təntənəli Açılış Gecəsi üçün ideal məkan olub.

Bu möhtəşəm gecənin xüsusi qonağı olan “Bugatti Tourbillon” modeli, Asiya və Avropanın qovşağında yerləşən, tarixi və müasir memarlıq incəliklərini özündə birləşdirən Azərbaycanın paytaxtı Bakı şəhərində ilk debütü ilə yeni bir dövrün başlangıcını elan edir. Şəhərin “Flame Towers”, “Crescent Bay” göydələn kompleksləri, Qız Qalası kimi möhtəşəm tarixi memarlıq abidələri bu yeni hiper idman avtomobilinin ecazkar dizayn konseptini tamamlayaraq gecəyə unudulmaz bir damğa vurub.

Hendrik Malinowski, “Bugatti”nin İdarəedici Direktoru:

“Bugatti Baku”nun möhtəşəm açılışı və “Nazar Holdings”lə uğurlu tərəfdaşlığımız sayəsində biz brendin gücünü dünyanın maraqlı bazarlarında daha da genişləndirir və möhkəmləndiririk. Tərəfdaşlarımız müştərilərimizlə əsas əlaqə nöqtələrimizdir; onlar müştərilərimizi Bugatti dünyasına qovuşdurmaq üçün vacib bir körpü rolunu oynayır. Onların “Bugatti”nin zəngin irsi və vizyonu ilə tam şəkildə tanış olmaq, həmçinin gözləntiləri aşan misilsiz bir təcrübə yaşamaq üçün bizim əzm və sadiqliyimizi bölüşmələrini yüksək qiymətləndiririk. “Nazar Holdings”, bu müştəri yolunu asanlaşdıran etibarlı bir tərəfdaşdır və “Bugatti”ni regionda ən yüksək səviyyədə təmsil etmək üçün ən yaxşı komanda olduğunu sübut edərək gələcəkdə daha böyük uğurlar qazanmağa layiq olduğunu göstərir.

“Nazar Holdings”in sahibi Ali Nazar:

“Bugatti Baku” şourumu təkcə dünyanın ən böyük şourumu deyil, həm də brendin lüks və innovasiya irsinin bariz təsdiqidir. Biz bununla fəxr edirik”.

Bununla belə, mükəmməlliyə olan bu sadiqlik təkcə “Bugatti”nin avtomobil nailiyyətləri ilə məhdudlaşmır. Sərgidə nümayiş olunan incə “Jacob & Co. Tourbillon” saatı təkcə yeni hiper idman avtomobilinə əlavə edilmiş “Haute Horlogerie” sənətini deyil, həm də onun mürəkkəb V16 mühərrikini əks etdirir. Bu, “Bugatti Baku”nu və indiyə qədər yaradılmış hər bir “Bugatti”nin dizaynını müəyyən edən mükəmməlliyin layiqli simvoludur.

Kostas Psarris, Bugatti Yaxın Şərq və Asiya Region Direktoru:

“Bugatti Tourbillon”un bu regionda ilk dəfə təqdim edilməsini izləmək hamımız üçün duyğulu bir an oldu.

Bölgədə lüks avtomobil bazarının lideri olan “Nazar Holdings” ilə 2023-cü ildə başladığımız əməkdaşlıq nəticəsində “Bugatti”nin yeni modelini Bakıya gətirməyə nail olduq. Bizim üçün ən vacib məsələ müştərilərin istəklərini təmin etməkdir. Təkcə Azərbaycanda deyil, eyni zamanda Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Qırğızıstanda Nazar Holdings ilə çox böyük uğurlara imza atacağıq”.








Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Fevral 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri