Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən... İspan şairdən şeirlər

06.11.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün ispan şair, tərcüməçi Klara Canesin doğum günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

İşarənin qararsızlığı...

Külək rəqsə məcbur edir,

quru yarpaqlar

dəyişən sahələri naxışlayır,

yerdəyişmələr, büdrəmələr, tərəddüdlər...

Yarılan hava

coşdurur hətta utancaq bir ruhu,

və varlıq, sıçrayışa qadir olmayan...

Səma yırğalanır,

bir buludun kölgəsi

üzüb keçir qəlbin üzərindən.

***

İşıq cəlddir,

və buna görə də uçub gedir,

an və görüntü,

öz şöləsini içən

ağac da hətta

təslim olur rəqsinə...

varlıqla yoxluq arasındakı

izin verir

öz məsumluğunda yanmağına.

Yalnız şaxta səngidir

yarpaqların burulğanını...

Türk dilindən sətri tərcümə: Aydan Ağayeva

1600 illik Roma sənətinin sirri açıldı – Alimlər rəngini dəyişən şüşəni yenidən hazırladılar "Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter Məşhur aktrisa görmə qabiliyyətini itirdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью