Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən... İspan şairdən şeirlər
Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün ispan şair, tərcüməçi Klara Canesin doğum günüdür.
Kulis.az onun şeirlərini təqdim edir.
İşarənin qararsızlığı...
Külək rəqsə məcbur edir,
quru yarpaqlar
dəyişən sahələri naxışlayır,
yerdəyişmələr, büdrəmələr, tərəddüdlər...
Yarılan hava
coşdurur hətta utancaq bir ruhu,
və varlıq, sıçrayışa qadir olmayan...
Səma yırğalanır,
bir buludun kölgəsi
üzüb keçir qəlbin üzərindən.
***
İşıq cəlddir,
və buna görə də uçub gedir,
an və görüntü,
öz şöləsini içən
ağac da hətta
təslim olur rəqsinə...
varlıqla yoxluq arasındakı
izin verir
öz məsumluğunda yanmağına.
Yalnız şaxta səngidir
yarpaqların burulğanını...
Türk dilindən sətri tərcümə: Aydan Ağayeva
1600 illik Roma sənətinin sirri açıldı – Alimlər rəngini dəyişən şüşəni yenidən hazırladılar "Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter Məşhur aktrisa görmə qabiliyyətini itirdi
Bu mövzuda digər xəbərlər:Gəl, danışaq, dodaqları dodaqlara tapşıraq... Tanınmış polyak şairdən şeirlər
26 Noyabr 2025 11:27
Vaxtaşırı geri dön, ey sevimli şəhvətim! Məşhur yunan şairdən şeirlər
29 Aprel 2026 14:30
Gözlərimlə eşidirəm ölüləri... İspan şairdən sonet
08 Sentyabr 2026 13:03
Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı... Çuvaş şairdən şeirlər
21 Avqust 2026 16:33
Cəlladım bir gün sən olacaqsan... Ən çox tərcümə olunan alman şairdən şeirlər
13 Dekabr 2025 14:06
Baxış sayı:84
Bu xəbər 06 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















