“Bundan sonra böyük siyasətçimi olacaqsan?!”: Deputatdan Partiya sədrinə sərt sözlər... | …
Icma.az bildirir, Cebheinfo portalına istinadən. Neçə vaxtdır, müşahidə edirəm: Sərdar Cəlaloğlu qışqırır. Əməlli təlaşdadır. Gərgindir.
Üstəlik, tam rentabelsizdir. Gah, bağdan danışır, gah, dağdan.
Gah, dövləti müdafiə edir, gah da bütün gücü, resursu ilə onu onurğasından "vurur”.
Gah, partiyaların həmrəyliyi barədə geniş - geniş nitqlər söyləyir, gah da həmin birliyi parçalamaq üçün bütün mümkün fəaliyyətlərdə bulunur.
Mən həmişə demişəm: Azərbaycanın ictimai - siyasi sektorunda ümumiyyətlə başa düşülməyən və mahiyyəti anlaşılmayan 2 insan varsa, onlardan biri Sərdar Cəlaloğludur, digəri də Qurban Məmmədov.
Yəni, 2 qardaş. Çünki nə istədikləri, hara fokuslandıqları, məqsədləri- məramları heç zaman bəlli olmayıb.
Qurban - zamanında, siyasi aktivliyin pik dövründə hamının adamı oldu, hamının Partiyasında qərarlaşdı, hamıya "işlədi”, axırda da xaricdəki xüsusi xidmət orqanlarının qarşısında öhdəlik götürərək, öz nankor missiyasını tamamladı.
Sərdar isə, düz 30 ildir nala - mıxa vurur. Və...özündən "cəfakeş”, "ipə - sapa yatmaz adam”, "həqiqət carçısı” obrazı düzəltməyə çalışır.
Tam oxu
Xəbəri oxu