Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

“Bundan sonra böyük siyasətçimi olacaqsan?!”: Deputatdan Partiya sədrinə sərt sözlər...

“Bundan sonra böyük siyasətçimi olacaqsan?!”: Deputatdan Partiya sədrinə sərt sözlər...

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Neçə vaxtdır, müşahidə edirəm: Sərdar Cəlaloğlu qışqırır. Əməlli təlaşdadır. Gərgindir.

Üstəlik, tam rentabelsizdir. Gah, bağdan danışır, gah, dağdan. Gah, dövləti müdafiə edir, gah da bütün gücü, resursu ilə onu onurğasından "vurur”. Gah, partiyaların həmrəyliyi barədə geniş - geniş nitqlər söyləyir, gah da həmin birliyi parçalamaq üçün bütün mümkün fəaliyyətlərdə bulunur. 

Mən həmişə demişəm: Azərbaycanın ictimai - siyasi sektorunda ümumiyyətlə başa düşülməyən və mahiyyəti anlaşılmayan 2 insan varsa, onlardan biri Sərdar Cəlaloğludur, digəri də Qurban Məmmədov. Yəni, 2 qardaş. 

Çünki nə istədikləri, hara fokuslandıqları, məqsədləri- məramları heç zaman bəlli olmayıb.

Qurban - zamanında, siyasi aktivliyin pik dövründə hamının adamı oldu, hamının Partiyasında qərarlaşdı, hamıya "işlədi”, axırda da xaricdəki xüsusi xidmət orqanlarının qarşısında öhdəlik götürərək, öz nankor missiyasını tamamladı.

Sərdar isə, düz 30 ildir nala - mıxa vurur. 

Və...özündən "cəfakeş”, "ipə - sapa yatmaz adam”, "həqiqət carçısı” obrazı düzəltməyə çalışır. 

Sanki adamda kompleks yaranıb. Nəyisə, kiməsə sübut etmək istəyir.

Amma niyə?!

Nə dəyişəcək, a Sərdar?!

Bundan sonra böyük siyasətçimi olacaqsan? İkinci baharmı yaşayacaqsan?

Bu qədər hörmət qoydular sənə. Siyasi dialoq zəminində masaya dəvət etdilər, mötəbər  tədbirlərə çağırdılar, qarşılıqlı müzakirə şəraiti yaratdılar, fikrini sordular - həmin fikirlərə ehtiramla, diqqətlə yanaşdılar, Partiyana ofis verdilər, ta nə bilim, illər sonra sənə "müəllim” dedilər...

İndiyə qədər  görmüşdünmü, belə münasibət?! - Yox, əlbət! 

Yaxşı, bəs, layiq idinmi buna? - Düşünmürəm!

Çünki, sənin gönün, xarakterin, xislətin əsla və əsla dəyişəsi, dəyişəcək, dəyişə biləcək bir şey deyil. 

Çünki, sən - siyasətə hansı reputasiya ilə gəlmisənsə, o cür də gedəcəksən.

Çünki, 70 yaşına çatıb, ilk dəfə tanıdığı biri ilə hələ də "siz”lə danışmağı öyrənə bilməyən, debat meydanını bazar dəhlizi ilə səhv salan, əqli imkanlardan bəhrələnmək əvəzinə, səsinin gücünə arxalanan, mədəni səviyyə ilə yaxından - uzaqdan əlaqəsi olmayan adamdan intibah, işıq, proqress gözləmək bu dünyanın ən böyük sadəlövhlüyüdür!

Çünki, ginekologiyadan tutmuş, politologiyaya qədər - hər şeylə, eyni anda məşğul olan Sərdar Cəlaloğlu, yəqin ki, həm də bu səbəbdən özünü heç zaman, heç yerdə tapa bilməyib, bütün ömrü boyunca natamamlıq kompleksi yaşayıb və buna görə də daim vurnuxub, çabalayıb, canı ilə əlləşib.

***

Əlbət, Sərdar üçün belə reputasiya, amplua ilə yaşamaq xoşdursa, qoy yaşasın - özü bilər.

Dar düşüncəsi, kustar baxışı, cılız dünyagörüşü ilə sona qədər davam etmək istəyirsə, etsin. Yenə də, özü bilər.

Fəqət! 

Hamının adından danışmamaq və siyasi həmrəyliyə kölgə salmamaq şərti ilə!

Ciddi mövzulardan bəhs edərkən - fikirlərinə diqqət etmək şərti ilə!

Ağzının şorbasını sağa - sola dağıtmamaq şərti ilə! 

Fitnə törətməmək, qarışıqlıq yaratmamaq şərti ilə!

Nəhayət;

"Demokratlıq”dan "mehdiyevsevərliyə” qədər qət etdiyi uzun, incə yolda - neçə "podoşva”, neçə maska, neçə libas dəyişdiyini və....hazırda "qəhrəman” cildinə girən Sərdarın əslində, gerçək tabloda hansı təpərə, hansı kəramətə sahib Sərdar olduğunu unutmamaq şərti ilə!

Elşən Musayev, 

Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri