Bunlar iqlim əməkdaşlığının əsas prinsipləridir Mikayıl Cabbarov | Icma.az
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərdə inklüziv yanaşma və ədalət çox vacibdir.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Dünya İqtisadi Forumu ilə birgə keçirilən “Əməkdaşlığın gücü: sıfır emissiyaya nail olmaq üçün səylərin birləşdirilməsi” mövzusunda yüksək səviyyəli sessiyada deyib.
Nazir qeyd edib ki, mövcud metodlar və prinsiplər hələ gözlənilən nəticələri vermir və inklüzivlik, ədalət və koordinasiya kimi vacib aspektləri müzakirə etməyi təklif edib.
M.Cabbarovun sözlərinə görə, inklüzivlik prosesdə mühüm rol oynayır.
O, Azərbaycanın iqlim səylərini siyasi bölgülərdən kənara çıxan bir mövzu kimi nəzərdən keçirdiyini bildirib və vurğulayıb ki, inklüziv yanaşma daha effektiv nəticələr əldə etməyə imkan verəcək.
Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı çıxışında bu önəmli mövzuya toxunaraq ümumi məqsədlər naminə fikir ayrılıqlarının aradan qaldırılmasının vacibliyinə toxunub.
O, ədalət prinsipi üzərində xüsusi olaraq dayanıb. “Nəzərə almaq vacibdir ki, hər bir millət unikal şəraitdədir və ədalətli yanaşma fəaliyyə
Tam oxu
Xəbəri oxu