Icma.az
close
up
RU
Bunlar iqlim əməkdaşlığının əsas prinsipləridir Mikayıl Cabbarov

Bunlar iqlim əməkdaşlığının əsas prinsipləridir Mikayıl Cabbarov

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərdə inklüziv yanaşma və ədalət çox vacibdir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Dünya İqtisadi Forumu ilə birgə keçirilən “Əməkdaşlığın gücü: sıfır emissiyaya nail olmaq üçün səylərin birləşdirilməsi” mövzusunda yüksək səviyyəli sessiyada deyib.

Nazir qeyd edib ki, mövcud metodlar və prinsiplər hələ gözlənilən nəticələri vermir və inklüzivlik, ədalət və koordinasiya kimi vacib aspektləri müzakirə etməyi təklif edib.

M.Cabbarovun sözlərinə görə, inklüzivlik prosesdə mühüm rol oynayır. O, Azərbaycanın iqlim səylərini siyasi bölgülərdən kənara çıxan bir mövzu kimi nəzərdən keçirdiyini bildirib və vurğulayıb ki, inklüziv yanaşma daha effektiv nəticələr əldə etməyə imkan verəcək. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı çıxışında bu önəmli mövzuya toxunaraq ümumi məqsədlər naminə fikir ayrılıqlarının aradan qaldırılmasının vacibliyinə toxunub.

O, ədalət prinsipi üzərində xüsusi olaraq dayanıb. “Nəzərə almaq vacibdir ki, hər bir millət unikal şəraitdədir və ədalətli yanaşma fəaliyyətlərin effektiv koordinasiyası üçün yeganə yoldur”, – M.Cabbarov qeyd edib.

Onun fikrincə, koordinasiyanın təxirəsalınmazlığı da vacib elementdir: “İqlim məqsədlərinə nail olmaq üçün vaxt çərçivəsi daralır, proseslərin effektiv idarə edilməsi üçün isə razılaşdırılmış və koordinasiyalı siyasi qərarlar tələb olunur”.

Nazirin sözlərinə görə, COP29-un ilk günlərində on ildən artıq müddət ərzində öz həllini tapmayan karbon bazarlarının fəaliyyəti haqqında 6.4-cü maddə razılaşdırılıb. M.Cabbarov həmçinin yeni iddialı məqsədlər elan edən çoxtərəfli inkişaf banklarının birgə bəyanatını alqışlayıb və bunu mühüm və müsbət addım adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri