Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
“Bu gün radiolarda bir az qayda-qanunlar var, amma televiziyalar biabırçı vəziyyətdədir.
Məsələ ondadır ki, bizdə bu sahəylə məşğul olan adamlar yerində deyil. Xarici siyasətimiz güclüdür, amma ideoloji fəaliyyətimiz zəifdir.
Bizi uçuruma aparırlar, ancaq əxlaqımızı korlamaqla məşğuldurlar”. Bunu Redaktor.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib.
Onun sözlərinə görə, bu sahədə özbaşınalıqlar var: “İndi Mədəniyyət Nazirliyimiznin fəaliyyəti xoşuma gəlir, işləyir.
Ancaq Azərbaycan televiziyalarının aparıcılarının bəzilərini çıxmaq şərti ilə qalanları Keşiş məktəbinin müdavimləridir, hamısı saqqalıdır.
Başa düşə bilmirəm bu nə deməkdir. Bunlar kimə tərbiyə verirlər, saqqalla efirə çıxarlar?
Təəssüflər olsun ki, bizim dediyimizi də eşidən yoxdur. Biz qələbə çalmışıq, torpaqlarımızı işğaldan azad etdik, amma qələbənin kölgəsində i