Icma.az
close
up
RU
“Bunlar kimə tərbiyə verirlər, saqqalla efirə çıxarlar?” Xalq şairi OD PÜSKÜRDÜ

“Bunlar kimə tərbiyə verirlər, saqqalla efirə çıxarlar?” Xalq şairi OD PÜSKÜRDÜ

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

“Bu gün radiolarda bir az qayda-qanunlar var, amma televiziyalar biabırçı vəziyyətdədir. Məsələ ondadır ki, bizdə bu sahəylə məşğul olan adamlar yerində deyil. Xarici siyasətimiz güclüdür, amma ideoloji fəaliyyətimiz zəifdir. Bizi uçuruma aparırlar, ancaq əxlaqımızı korlamaqla məşğuldurlar”.

Bunu Redaktor.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib.

Onun sözlərinə görə, bu sahədə özbaşınalıqlar var:

“İndi Mədəniyyət Nazirliyimiznin fəaliyyəti xoşuma gəlir, işləyir. Ancaq Azərbaycan televiziyalarının aparıcılarının bəzilərini çıxmaq şərti ilə qalanları Keşiş məktəbinin müdavimləridir, hamısı saqqalıdır. Başa düşə bilmirəm bu nə deməkdir. Bunlar kimə tərbiyə verirlər, saqqalla efirə çıxarlar? Təəssüflər olsun ki, bizim dediyimizi də eşidən yoxdur. Biz qələbə çalmışıq, torpaqlarımızı işğaldan azad etdik, amma qələbənin kölgəsində ideologiyanı pozmaq olmaz”.

V.Əziz deyib ki, dövlət qurumlarının qaynar xəttinə düşmək olmur, onlar bilərəkdən vətəndaşlara süni problem yaradırlar:

“Bu isə vətəndaşı təhqirdir. Cənab Prezident özü dəfələrlə məmurlara deyib ki, vətəndaşı sayın. Məmur elə bilir ki, oturduğu kabinet dədəsindən miras qalıb və istədiyini edə bilər. Belə etmək olmaz, hər şeyin qaydası var. Əgər Vahid Əzizin sözünü eşitmirlərsə, başqasının sözünü necə eşitsinlər? Mən Azərbaycanın Xalq şairiyəm, Cənab Prezident şəxsiyyətimə hörmət edib mənə imzası olan vəsiqə və medal verib. Ona görə atdığımız hər bir addımda diqqətli olmalıyıq. Bəzən atdığımız addımlar öz əleyhimizə işləyir. Ona görə Avropada oturub əleyhimizə danışırlar, çünki bir çox hallarda özümüz onlara ipucu veririk”.

Xalq şairi Vətən müharibəsi haqda şair və yazıçılarımızın kifayət qədər əsərlər yazdığını deyib:

“Bir dəfə qəzetlərdən birinin jurnalisti mənə dedi ki, Vahid müəllim, deyilənə görə Azərbaycanın şair və yazıçıları Vətən müharibəsini, şəhid və qaziləri çox da işıqlandırmır. Dedim ki, onu deyən çox səhv edir. Bunu deyən özü neyləyib bəs? Vətən müharibəsiylə bağlı ayrıca şeirlər kitabım çapdan çıxıb. Vətənpərvərliklə bağlı kifayət qədər şeir və əsərlər var yığıb çap etsinlər və məktəblərə paylasınlar.  Bəs niyə bunu etmirlər?”.

Vasif ƏLİHÜSEYN  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri