Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir. Bu gün kapitulyasiya günüdür.
Erməninin diz çökdüyü, ağ bayraq qaldırdığı, öz məğlubiyyəti ilə barışdığı gün! Şuşa geri qaytarılandan sonra davam gətirə bilmədilər.
Geri çəkildilər. Sənəd imzaladılar. Öhdəlik götürdülər. Hə, bu ayrı məsələdir ki, həmin öhdəlikləri bəzən onlara “qulaqburma” üsulu ilə başa
Amma və lakin! Əsas odur, imzaladılar. Yekun etibarilə imzaladılar. Azərbaycandan qorxub, çəkinib, imzaladılar.
Stol altındamı, stul altındamı, otaqdamı, zirzəmidəmi, həlhələdənmi, vəlvələdənmi, hər nədənmi, fərq etməz...– imzaladılar!
Kapitulyasiya haqda danışarkən bir də bilirsinizmi kimləri xatırlayıram? Azərbaycan siyasətinin bəzi “ağzıgöyçək” radikallarını.
Hansı ki, ilk dönəmdə: “bəs Xocəvənd, Xocalı, Xankəndi noldu?
Onlarsız necə olur, kapitulyasiya?” – deyərək fürsətcillik edirdilər, aranı, ortalığı qarışdırmağa, misilsiz qələbəmizə kölgə salmağa çalışırdılar.