Icma.az
close
up
RU
“Bunun dəyərini anlamamaq üçün elə yarımçıq olmaq lazımdır...”

“Bunun dəyərini anlamamaq üçün elə yarımçıq olmaq lazımdır...”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün kapitulyasiya günüdür. Erməninin diz çökdüyü, ağ bayraq qaldırdığı, öz məğlubiyyəti ilə barışdığı gün!

Şuşa geri qaytarılandan sonra davam gətirə bilmədilər. Geri çəkildilər. Sənəd imzaladılar. Öhdəlik götürdülər.

Hə, bu ayrı məsələdir ki, həmin öhdəlikləri bəzən onlara “qulaqburma” üsulu ilə başa salmalı, “dəmir yumruq”la yenidən xatırlatmalı, antiterror tədbirləri ilə icra etdirməli olduq. Amma və lakin! Əsas odur, imzaladılar. Yekun etibarilə imzaladılar. Azərbaycandan qorxub, çəkinib, imzaladılar. Stol altındamı, stul altındamı, otaqdamı, zirzəmidəmi, həlhələdənmi, vəlvələdənmi, hər nədənmi, fərq etməz...– imzaladılar!

Kapitulyasiya haqda danışarkən bir də bilirsinizmi kimləri xatırlayıram? Azərbaycan siyasətinin bəzi “ağzıgöyçək” radikallarını. Hansı ki, ilk dönəmdə: “bəs Xocəvənd, Xocalı, Xankəndi noldu? Onlarsız necə olur, kapitulyasiya?” – deyərək fürsətcillik edirdilər, aranı, ortalığı qarışdırmağa, misilsiz qələbəmizə kölgə salmağa çalışırdılar.

Biz o zaman da həmin qaraguruha sözlə başa sala bilmədik ki, kapitulyasiyanın buynuzu olmur. Kapitulyasiyanın anlamı elə məhz budur: Məğlub vəziyyətdə müharibənin dayan(dırıl)ması üçün yalvarmaq, imdad diləmək, əlində qələm vasitəçi axtarmaq...

Və bir gün o müqəddəs məqam yetişdi ki....bizim sözlə başa sala bilmədiklərimizi Ali Baş Komandan onlara, belələrinə öz müdrik siyasi gedişi ilə başa saldı. Torpaqlarımızı son qarışına qədər geri qaytararaq! Bizi tam suverenliyimizə qovuşduraraq. Üstəlik, qansız-qadasız, ölümsüz, itkisiz...

Nəhayətində isə həmin anti-milli qüvvələrin əlində özləri üçün bayraq elədikləri son “silah” qaldı: rus sülhməramlıları...

Az sonra onlar da getdi və beləcə bütün suallara cavab tapıldı.

Suallara cavab da tapıldı, erməninin indiyə qədər mübhəm qalan yiyələri də, Harutunyanın Şvabe soyadında ögey qardaşı da, “araşdırmaçı” adı ilə dövlətin dərin qatına sızmağa çalışan jurnalist qiyafəli casuslar da, FETÖ-nün xəmirinə su  yaramazlar da, beynəlxalq nəşrlərə donos ötürən siyasi dəllallar da...

Bircə bu hakimiyyəti illər boyunca ittiham edənlər, erməninin real kapitulyasiyasını, məhvini, məğlubiyyətini “yarımçıq nəticə” adlandıranlar ortalıqda tapılmadı...Tapılmadı ki, tapılmadı. İlim-ilim itdilər. Üzr istəməkləri qalsın bir yana, söhbətin üzərinə belə gəlmədilər...

Və ona görə gəlmədilər ki, əslində yarımçıq olan icraatın, məhfumun kapitulyasiya deyil, məhz öz fəaliyyətləri, davranışları, xislətləri və düşüncələri olduğunun fərqinə vardılar.

***

10 noyabr sənədi bizə Laçını, Kəlbəcəri, Ağdamı bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıb.

Bunun dəyərini, qiymətini anlamamaq üçün zatən elə YARIMÇIQ olmaq lazımdır...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Noyabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri