“Bunun nəticəsidir ki, “Zirə” son iki mövsümdə medallar qazandı” | Icma.az
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Azərbaycan Premyer Liqasında mövsümün sonuna iki tur qalıb.
34 turdan sonra “Qarabağ”ın çempion olacağı, “Zirə”nin gümüş medalları qazanacağı və “Səbail”in liqanı tərk edəcəyi dəqiqləşib.
Veteran futbolçu, son olaraq “Kəpəz”ə rəhbərlik etmiş Adil Şükürov “Futbolpress.az”a açıqlamasında Bayıl klubunun elitanı tərk etməsinə münasibət bildirdi: “Səbail”də ötən mövsümün sonunda bir çox aparıcı oyunçu klubu tərk etdi.
Onları əvəzləməyə layiq oyunçu tapılmadığı üçün “Səbail”in mövsümdə ciddi iddiasının olmayacağı məlum oldu.
Mövsümə Şahin Diniyevlə başladılar və sonra yenidən məşqçi dəyişikliyinə getdilər.
Komandanın elitanı tərk etməsinin səbəblərindən biri futbolçuların ustalıq səviyyələrini tam göstərə bilməməsidir.
Bəzən komanda oyununda boşluqlar olur, bəzən də daha çox nəticə tələb edildiyi üçün təzyiq altında oldular”.
Şükürov “Zirə”nin gümüş medalları qazanmasından da söz açdı: “Zirə” daha əvvəl qapanan, yorucu futbol oynayırdı.
Tam oxu
Xəbəri oxu