Icma.az
close
up
RU
“Bunun nəticəsidir ki, “Zirə” son iki mövsümdə medallar qazandı”

“Bunun nəticəsidir ki, “Zirə” son iki mövsümdə medallar qazandı”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasında mövsümün sonuna iki tur qalıb.

34 turdan sonra “Qarabağ”ın çempion olacağı, “Zirə”nin gümüş medalları qazanacağı və “Səbail”in liqanı tərk edəcəyi dəqiqləşib.

Veteran futbolçu, son olaraq “Kəpəz”ə rəhbərlik etmiş Adil Şükürov “Futbolpress.az”a açıqlamasında Bayıl klubunun elitanı tərk etməsinə münasibət bildirdi:

“Səbail”də ötən mövsümün sonunda bir çox aparıcı oyunçu klubu tərk etdi. Onları əvəzləməyə layiq oyunçu tapılmadığı üçün “Səbail”in mövsümdə ciddi iddiasının olmayacağı məlum oldu. Mövsümə Şahin Diniyevlə başladılar və sonra yenidən məşqçi dəyişikliyinə getdilər. Komandanın elitanı tərk etməsinin səbəblərindən biri futbolçuların ustalıq səviyyələrini tam göstərə bilməməsidir. Bəzən komanda oyununda boşluqlar olur, bəzən də daha çox nəticə tələb edildiyi üçün təzyiq altında oldular”.

Şükürov “Zirə”nin gümüş medalları qazanmasından da söz açdı:

“Zirə” daha əvvəl qapanan, yorucu futbol oynayırdı. Bu mövsüm isə daha rəngarənd komanda var idi. Klubun fəxri prezidenti Orxan Məmmədov artıq 5 ildir, klubda çalışan Rəşad Sadıqova qarşı səbirli oldu və bəzən də güzəştə getdi. İndi bunun nəticəsidir ki, komanda son iki mövsümdə medallar qazandı. Bəzi klub idarəçiləri Orxan Məmmədovdan fərqli olaraq ilk mövsümdə nəticə qazanılmayanda məşqçi dəyişikliyini gündəmə gətirir. Bununla da müəyyən müddətdə qurulan komanda dağılır, yenidən yaradılmağa başlayır. “Zirə”nin son uğurlarında əsas pay sahibi kimi Orxan Məmmədovu qeyd etmək istərdim”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 May 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri