525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun “525-ci qəzet”ə müsahibəsini təqdim edirik.
- Cənab səfir, ilk növbədə sizi qarşıdan gələn 9 sentyabr Tacikistanın Müstəqillik Günü münasibətilə təbrik edirəm.
İstərdim ki, əvvəlcə müstəqillik dövründə ölkənizin əldə etdiyi nailiyyətləri qısaca bölüşəsiniz. -Təşəkkür edirəm.
Müstəqillik illərində Tacikistanın əldə etdiyi ən mühüm və əlamətdar nailiyyəti müasir milli özünüdərkin formalaşmasına, birliyin möhkəmlənməsinə və siyasi sabitliyin təmin edilməsinə zəmin yaradan milli dövlətçiliyin uğurla qurulması olub.
İlk illərin ciddi sınaqlarına baxmayaraq, tacik xalqı ölkənin ərazi bütövlüyünü qoruyub saxlamağa, əmin-amanlığı və sabitliyi bərpa etməyə, dövlətin gələcək inkişafını şərtləndirən genişmiqyaslı siyasi, iqtisadi və sosial transformasiyaların başlanmasına şərait yaratmağa nail oldu.
Müstəqilliyinin otuz ili ərzində Tacikistan özünü beynəlxalq birliyin tamhüquqlu və hörmətli üzvü kimi təsdiqləməyə müvəffəq olub.
Bu gün ölkəmiz qlobal problemlərin həllinə konstruktiv töhfə verməyə hazır olan etibarlı tərəfdaş kimi tanınır.