Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mart ayında keçirilən buraxılış imtahanlarından sonra 11-ci siniflərdə dərs prosesi demək olar ki, tamamilə pozulur.
Şagirdlər üçün buraxılış imtahanı ümumtəhsil mərhələsinin yekun qiymətləndirməsi kimi qəbul edilir və bu imtahandan sonra onların tədris prosesinə marağı kəskin şəkildə azalır.
Əksər hallarda şagirdlər məktəbə yalnız formal şəkildə gəlir və dərslərdə iştirak etsələr belə, onların dərsə diqqəti və aktivliyi minimuma enir.
Bu hal sinif rəhbərləri və fənn müəllimləri üçün də ciddi çətinliklər yaradır, çünki artıq tədris mühitində şagirdlərin öyrənmə marağını qorumaq mümkün olmur".
Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Ekspertin sözlərinə görə, mart imtahanından sonra sinif rəhbərlərinin də öhdəlikləri formal olaraq qüvvədə qalır: "Şagirdlərin dərslərə davamiyyətinin təmin olunması, məktəbə gələnlərin inzibati qeydiyyatı və davranış məsələləri sinif rəhbərinin üzərində qalmağa davam edir.
Lakin real vəziyyət ondan ibarətdir ki, şagirdlər dərs prosesindən kənarda qalır, bəzi hallarda isə ümumiyyətlə məktəbə gəlmir.