Icma.az
close
up
RU
Buraxılış imtahanından sonra şagirdlər dərs prosesindən kənarda qalır Təhsil eksperti

Buraxılış imtahanından sonra şagirdlər dərs prosesindən kənarda qalır Təhsil eksperti

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mart ayında keçirilən buraxılış imtahanlarından sonra 11-ci siniflərdə dərs prosesi demək olar ki, tamamilə pozulur. Şagirdlər üçün buraxılış imtahanı ümumtəhsil mərhələsinin yekun qiymətləndirməsi kimi qəbul edilir və bu imtahandan sonra onların tədris prosesinə marağı kəskin şəkildə azalır. Əksər hallarda şagirdlər məktəbə yalnız formal şəkildə gəlir və dərslərdə iştirak etsələr belə, onların dərsə diqqəti və aktivliyi minimuma enir. Bu hal sinif rəhbərləri və fənn müəllimləri üçün də ciddi çətinliklər yaradır, çünki artıq tədris mühitində şagirdlərin öyrənmə marağını qorumaq mümkün olmur".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspertin sözlərinə görə, mart imtahanından sonra sinif rəhbərlərinin də öhdəlikləri formal olaraq qüvvədə qalır:

"Şagirdlərin dərslərə davamiyyətinin təmin olunması, məktəbə gələnlərin inzibati qeydiyyatı və davranış məsələləri sinif rəhbərinin üzərində qalmağa davam edir. Lakin real vəziyyət ondan ibarətdir ki, şagirdlər dərs prosesindən kənarda qalır, bəzi hallarda isə ümumiyyətlə məktəbə gəlmir. Bu isə məktəblərin resurslarının və müəllimlərin vaxtının səmərəsiz istifadəsinə gətirib çıxarır.

Aprel, may və iyun aylarında 11-ci siniflərdə dərs mühiti pozulduğundan tədris proqramlarının icrası formal xarakter alır. Şagirdlərin motivasiyasızlığı və məktəbə gəlməməsi tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. Müəllimlər tədris proqramını bitirsələr belə, şagirdlərin öyrənmə nəticələrinin effektivliyinə nail olmaq mümkün olmur. Bundan əlavə, məktəbdə qalan azsaylı şagirdlər arasında intizam problemləri yaranır, çünki buraxılış imtahanını artıq verdiklərini və tədris ilinin faktiki olaraq başa çatdığını düşünən şagirdlər məktəb qaydalarına riayət etməkdə də passivlik göstərir.

Bu vəziyyət həm təhsil sisteminin məntiqinə, həm də resursların səmərəli istifadəsinə uyğun gəlmir. Mart ayında keçirilən buraxılış imtahanı şagirdlər üçün “yekun” kimi qəbul edildiyindən, onların sonrakı aylarda məktəbə gəlməsi tədris prosesinin formal davamından başqa bir şey deyil. Təhsil sisteminin bu problemi həll etməsi üçün ya buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi, ya da mart ayında imtahan verdikdən sonra 11-ci sinif şagirdlərinin məktəbə gəlmə öhdəliyinin aradan qaldırılması kimi tədbirlər nəzərdən keçirilməlidir. Əks halda, mövcud praktika təhsil prosesində intizam və keyfiyyət problemlərini daha da dərinləşdirəcək".

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Yanvar 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri