Burda nə elm var… nə də tədqiqat… İTTİHAM VAR… | Icma.az
Yenigundem saytına istinadən Icma.az xəbər verir. Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda gö
Belə ki, institutun ərazisində yeraltı “yod brom” quyularının mövcud olması həmin xəstəxananın tikilməsinə səbəb olub.
Sovetlər dönəmində yeraltı sərvətin üzərində tikilən xəstəxana “S. M.
Kirov adına Elmi-Tədqiqat İnstitutu” kimi bərpa olunaraq fəaliyyətə başlayıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu kimi fəaliyyətini davam etdirir.
Amma buna baxmayaraq, xəstəxananın fəaliyyət göstərməsinə səbəb olan “yod brom” yeraltı quyularının üzərində qanunsuz bina tikintisi aparıldığına görə müalicəvi su mənbəyi batırılmışdır.
Apardığımız araşdırmalardanməlum oldu ki, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun ərazisində aparılan qanunsuz bina tikintisini işbazlara həvalə edən vəzifə sahibləri Səhiyyə Nazirliyinin aparat rəhbəri Tural Babayev və İnstitutun publik hüquqi şəxsi Mətanət Əfəndiyevadır.
Araşdırmalar zamanı o da bəlli olub ki, Mətanət Əfəndiyeva İnstituta direktor gətiriləndən sonra, rəhbərlik etdiyi bir il ərzində İnstitutda bir nəfər də olsun elmi dərəcəsi olan şəxslər qalmayıb.
Tam oxu
Xəbəri oxu