Icma.az
close
up
RU
Burda nə elm var… nə də tədqiqat… İTTİHAM VAR…

Burda nə elm var… nə də tədqiqat… İTTİHAM VAR…

Yenigundem saytına istinadən Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda görülən işlərin əksəriyyəti qeyri-qanuni həyata keçrilir. Belə ki, institutun ərazisində yeraltı “yod brom” quyularının mövcud olması həmin xəstəxananın tikilməsinə səbəb olub.

Sovetlər dönəmində yeraltı sərvətin üzərində tikilən xəstəxana “S. M. Kirov adına Elmi-Tədqiqat İnstitutu” kimi bərpa olunaraq fəaliyyətə başlayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu kimi fəaliyyətini davam etdirir. Amma buna baxmayaraq, xəstəxananın fəaliyyət göstərməsinə səbəb olan “yod brom” yeraltı quyularının üzərində qanunsuz bina tikintisi aparıldığına görə müalicəvi su mənbəyi batırılmışdır.

Apardığımız araşdırmalardanməlum oldu ki, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun ərazisində aparılan qanunsuz bina tikintisini işbazlara həvalə edən vəzifə sahibləri Səhiyyə Nazirliyinin aparat rəhbəri Tural Babayev və İnstitutun publik hüquqi şəxsi Mətanət Əfəndiyevadır. Araşdırmalar zamanı o da bəlli olub ki, Mətanət Əfəndiyeva İnstituta direktor gətiriləndən sonra, rəhbərlik etdiyi bir il ərzində İnstitutda bir nəfər də olsun elmi dərəcəsi olan şəxslər qalmayıb. Hal-hazırda xəstəxana Fövqəladə Hallar Nazirliyinin siyahısında qəzalı bina kimi göstərilməsinə baxmayaraq, xəstələrin qəbulu davam etdirilir. Etibarlı mənbənin məlumatına görə, xəstələrə müalicə məqsədilə təyin olunan dərman preparatları və şprislər pul ilə satılır. Baxmayaraq ki, müalicə məqsədilə qəbul olunan xəstələrə pul ilə deyil, Tibbi Sığorta hesabına qarşılanmalıdır. Təəssüflər olsun ki, direktor gələndən hər şey pulludur. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun yeməkxanasında bişirilən yeməklər Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən 6 xəstəxananın xəstələrinin yeməyini təmin edir və yeməklər xəstələrin xəstəliyinə uyğun əvvəlcədən tutulmuş menyu əsasında bişirilməlidir. Lakin xəstəxananın yeməkxanasında qaydalara riayət olunmur və yeməklər necə gəldi bişirilib paylanılır.
Qeyd edək ki Mətanət Əfəndiyeva tibb elmi ictimaiyyətində Rusiya alimi kimi tanınır. Bütün elmi dərəcələrini, professor adını da Rusiyada alıb. Onun elmi tədqiqatlarının nəticələri, ixtiraları Moskvanın və Rusiyanın digər şəhərlərinin müalicə-profilaktika müəssisələrində tətbiq olunub. Ancaq görünən odur ki, Mətanət xanımın öz vətənində tətbiq etdikləri heç də elmin və tibbin inkişafına xidmət etmir. Yəqin, onu idarəetmə işində saxlayan havadarlarının da arxası Rusiyaya bağlıdır. (GundemXeber.Az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 03 Fevral 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri