Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq. Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və saflığının təmin ol
Bu çərçivədə ay adlarının dəyişdirilməsi ilə bağlı müzakirələr də aktuallaşıb.
Tarixi mənbələr göstərir ki, Azərbaycanda aylar indiki adlarla deyil, milli məişət və təbiət hadisələrini əks etdirən adlarla tanınıb.
Belə ki, yanvar “ocaq”, fevral “çillə”, mart “bozay”, aprel “çiçək”, may “elat”, iyun “qızmar”, iyul “bürkü”, avqust “qorabişirən”, sentyabr “yığım”, oktyabr “əkin”, noyabr “güzdək”, dekabr isə “aralıq” adlandırılıb.Filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə Demokrat.az-a açıqlamasında deyib ki, bu ay adlarını dilimizə uyğunlaşdırmaq mümkündür və burada heç bir problem yoxdur:“Ancaq məsələ burasındadır ki, ümumiyyətlə, hər bir yenilik cəmiyyət tərəfindən asanlıqla qəbul edilmir.
Onun qəbul olunması üçün müəyyən vaxt, mərhələ və adaptasiya prosesi lazımdır.
Təbii ki, ilkin islahatların nəticəsi daha çox uzunmüddətli dövrdə özünü göstərir.
Bu baxımdan, əgər məsələ ilkin olaraq müzakirəyə çıxarılarsa və sonradan qanuniləşərsə, ay adları bu formada ola bilər.
Bu, hətta çox gözəl və uğurlu nəticə də verə bilər. Çünki hazırda istifadə etdiyimiz ay adları bizim düşüncə tərzimizə və milli kimliyimizə