Icma.az
close
up
RU
Bürkü , “güzdək” Azərbaycanda ay adları dəyişdirilə bilər: AÇIQLAMA

Bürkü , “güzdək” Azərbaycanda ay adları dəyişdirilə bilər: AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və saflığının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər fonunda dil məsələləri yenidən diqqət mərkəzinə düşüb. Bu çərçivədə ay adlarının dəyişdirilməsi ilə bağlı müzakirələr də aktuallaşıb. Tarixi mənbələr göstərir ki, Azərbaycanda aylar indiki adlarla deyil, milli məişət və təbiət hadisələrini əks etdirən adlarla tanınıb. Belə ki, yanvar “ocaq”, fevral “çillə”, mart “bozay”, aprel “çiçək”, may “elat”, iyun “qızmar”, iyul “bürkü”, avqust “qorabişirən”, sentyabr “yığım”, oktyabr “əkin”, noyabr “güzdək”, dekabr isə “aralıq” adlandırılıb.
Filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə Demokrat.az-a açıqlamasında deyib ki, bu ay adlarını dilimizə uyğunlaşdırmaq mümkündür və burada heç bir problem yoxdur:
“Ancaq məsələ burasındadır ki, ümumiyyətlə, hər bir yenilik cəmiyyət tərəfindən asanlıqla qəbul edilmir. Onun qəbul olunması üçün müəyyən vaxt, mərhələ və adaptasiya prosesi lazımdır. Təbii ki, ilkin islahatların nəticəsi daha çox uzunmüddətli dövrdə özünü göstərir. Bu baxımdan, əgər məsələ ilkin olaraq müzakirəyə çıxarılarsa və sonradan qanuniləşərsə, ay adları bu formada ola bilər. Bu, hətta çox gözəl və uğurlu nəticə də verə bilər. Çünki hazırda istifadə etdiyimiz ay adları bizim düşüncə tərzimizə və milli kimliyimizə tam uyğun gəlmir. Məsələn, iyul ayı Yuli Sezarın, avqust ayı isə imperator Avqustun adı ilə bağlıdır və bu kimi nümunələr kifayət qədərdir”.
O qeyd edib ki, ay adlarının dəyişdirilməsi sağlam və estetik baxımdan müsbət addım ola bilər:
“Lakin bu, birdən-birə yox, mərhələli şəkildə həyata keçirilməlidir. İlkin mərhələdə adlar geniş müzakirə olunmalı, daha sonra ümumi şəkildə qanun qəbul edilməlidir. Qanun qəbul edildikdən sonra isə uzun bir zaman lazımdır ki, bu adlar xalqın yaddaşına hopsun. Bu sözlər xalq yaddaşında müxtəlif dialektlərdə mövcud olsa da, ümumi ədəbi dilimizdə və gündəlik leksikonumuzda asanlıqla işlədilmir. Məhz buna görə də müəyyən adaptasiya mərhələsi qaçılmazdır. Məsələn, latın əlifbasına keçid də ilkin mərhələdə çətinliklərlə qarşılandı, mərhələli şəkildə tətbiq olundu və zamanla kütləviləşdi. Bu gün isə əhalinin böyük əksəriyyəti latın əlifbasında rahatlıqla oxuyur və yazır. Eyni proses ay adları ilə bağlı da yaşana bilər. Bu aylar xalq məişətində mövcud olan, xalq düşüncəsinə yaxın adlardır və onların qəbul olunması, şübhəsiz ki, müsbət qarşılanacaq”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Yanvar 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri