Bütün kainatın kiçildilmiş mücəssəməsi: İnsan nə üçün YARANIB? | Icma.az
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyada hər bir varlığın öz ünsiyyət “dili” var; bizim bir-birimizə, təbiətin bizə, bizim gözəlliyə, külək, dəniz harayının bizə, dağların, çayların gözlərimizə və sair.
Bizim özümüzün ünsiyyətdə istifadə etdiyimiz cümlələr sözlərdən, sözlər hərf və ya səslərdən, hərflər mürəkkəblə kağızın, səslər isə səs teli ilə ağciyərdən sıxıb çıxardığımız hava təmasından doğulur.
Bəs biz özümüz bu xaos aləmi, yaxud nizamlılıq aləmi kimi görünən dünyada necə yaranmışıq və niyə yaranmışıq?Ana bətnində döllənmiş yumurta – ata, anadan gələn 23 min geni 46 xromosomda birləşdirə bilən tək bir hüceyrə – əvvəlcə 50 dəfə bölünür.
Sonra bu 50 hüceyrə həndəsi silsilə ilə öz-özünü kopyalayıb 100 trilyonluq hüceyrədən ibarət bir bəbə hasil edir.
Hüceyrələrin bu cür möcüzəvi öz-özünü kopyalamasının sirrinə elm hələ ki, yaxın düşə bilməyib.Bir bədəni yaradan bu hüceyrələrin sayı bütün kainatdakı ulduzların sayı qədərdir.
Biz, bəlkə həm də buna görə bütün kainatın kiçildilmiş mücəssəməsiyik.
Bu ilahi bir möcüzə olsa da, işin ən sirli tərəfi – 46 xromosomun burulmuş nərdivanının pillələrində proqramlaşdırmanın, yəni saçın, dərinin, gözün rənginin, həmçinin burunun, yanağın, bədənin nəsildən gələn formasının çox dəqiq bir “orkestr çubuğu” ilə idarə olunmasıdır.Yaranan insan təkcə bunlardan ibarət deyil.
Tam oxu
Xəbəri oxu