Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Bütün kainatın kiçildilmiş mücəssəməsi: İnsan nə üçün YARANIB?

Bütün kainatın kiçildilmiş mücəssəməsi: İnsan nə üçün YARANIB?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Dünyada hər bir varlığın öz ünsiyyət “dili” var; bizim bir-birimizə, təbiətin bizə, bizim gözəlliyə, külək, dəniz harayının bizə, dağların, çayların gözlərimizə və sair. Bizim özümüzün ünsiyyətdə istifadə etdiyimiz cümlələr sözlərdən, sözlər hərf və ya səslərdən, hərflər mürəkkəblə kağızın, səslər isə səs teli ilə ağciyərdən sıxıb çıxardığımız hava təmasından doğulur. Bəs biz özümüz bu xaos aləmi, yaxud nizamlılıq aləmi kimi görünən dünyada necə yaranmışıq və niyə yaranmışıq?


Ana bətnində döllənmiş yumurta – ata, anadan gələn 23 min geni 46 xromosomda birləşdirə bilən tək bir hüceyrə – əvvəlcə 50 dəfə bölünür. Sonra bu 50 hüceyrə həndəsi silsilə ilə öz-özünü kopyalayıb 100 trilyonluq hüceyrədən ibarət bir bəbə hasil edir. Hüceyrələrin bu cür möcüzəvi öz-özünü kopyalamasının sirrinə elm hələ ki, yaxın düşə bilməyib.

Bir bədəni yaradan bu hüceyrələrin sayı bütün kainatdakı ulduzların sayı qədərdir. Biz, bəlkə həm də buna görə bütün kainatın kiçildilmiş mücəssəməsiyik. Bu ilahi bir möcüzə olsa da, işin ən sirli tərəfi – 46 xromosomun burulmuş nərdivanının pillələrində proqramlaşdırmanın, yəni saçın, dərinin, gözün rənginin, həmçinin burunun, yanağın, bədənin nəsildən gələn formasının çox dəqiq bir “orkestr çubuğu” ilə idarə olunmasıdır.

Yaranan insan təkcə bunlardan ibarət deyil. Dünya üçün yenicə doğulmaqda olan bəbə, uşaqlıq yolunda əlavə olaraq 2 min fərqli bakteriya növü ilə qarşılaşır. Bunların da demək olar ki, hamısından müəyyən qədər onun ağız-burnuna dolur. Hər bakteriyanın da öz DNT-sı, genetikası var.

Təbiətlə, ətraf aləmlə ünsiyyətə başlayan körpə uşaq əlini hər şeyə vurur, ağzına aparır və bu kimi şeylərdən udur. Təbiətin özündə 2 milyon 200 mindən çox bakteriya növü olduğunu nəzərə alsaq, onunla yaxın təmasda olan insan bədəni həm də bakteriya yığınından ibarət bir orkestrə çevrilir. Təkcə bir qaşıq torpaqda dünyadakı insanların sayından çox canlı var.


Əslində, biz bakteriyalarla birgə yaşamağa məhkum edilmiş varlıqlarıq. Ona görə də uşaq əlini (təhlükədən – cızzadan başqa) nəyə toxundurursa, elə də narahat olmağa dəyməz. Demək, ona bakteriya lazımdır. Belə şeylərdən təcrid etmək, heç də uşağın sağlamlığı xeyrinə deyil. Biz, məhz belə yaradılmışıq. 70 kiloluq insan bədəninin təqribən 3 kq-ı bakteriyalardır. Bir sözlə, 46 xromosomda olan 23 min genin hüceyrələri + 2 min + 2 milyon 200 min növ bakteriya hüceyrəsi = biz bunlardan ibarətik. Yəqin, ona görə də çoxumuzun qarnı “qurdla doludur”.

Əslində, bizi və bütün növ canlıları təşkil edən DNT molekulu Yer planetində 4 növ əsasla mövcuddur: adenin, quanin, timin, sitozin. Dünya bizim varlığımızla bu 4 maddə əsasında “danışır”, var olmağımızla razılaşır. Bəlkə, həm də buna görə, biz 3 ölçülü fəzada + zamanda yaşayırıq. (Cəmi 4-dür). Birdə ki, DNT-ni təşkil edən atomlar ikiölçülü fəza cisimləri olduğu halda, bu birləşmə nərdivanvari burularaq (iç-içə bükülərək) üçölçülü hal yaradır və bizi üçölçülü varlıq edir. Bu da bir möcüzədir.Hüceyrəni təşkil edən atomların tərkibində kütləni yaradan nəsnələr ikiölçülü fəza cisimləri olduqları halda, bunların bizləri, yəni üçölçülü varlıqları necə yaratdığı da müəmma olaraq qalır. Eləcə də trilyonlarla hüceyrələrimiz. Bütün bədənimiz vahid bir sistemə tabe olaraq yaşayırsa, hər bir hüceyrə beyin mərkəzinə tabedirsə, bu baxımdan onlara azadlıq yoxdursa, biz niyə azadlıq axtaran varlıqlarıq? Və biz azadıqmı?!


Hələ onu da nəzərə alsaq ki, insanların 99,99 faizi kütləvi psixoz halında yaşayıb, ömürlərini beləcə başa vururlar. Yəni, hamı ətrafındakıların fikir nəticələrinə “söykənərək” düşünür. Din, mədəniyyət, adət-ənənə, davranışlar və sair də bunun əsasında yaşayır. Başqa sözlə, biz həm də bioloji robotlarıq!

Bəs azadlıq bunun harasındadır? Hər halda, ağlına qibtə elədiyimiz bir sıra alimlər, eləcə də böyük uğur qazanmış bəzi insanlar, məsələn Elon Mask bizləri bir stimulyasiyada, qurulmuş bir haloqram içərisində yaşayan varlıqlar sanırlar! Düşünün, yaxşı-yaxşı düşünün, bəlkə siz bu haloqramdan kənara, azadlığa çıxa bilərsiniz?!

Medianews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:319
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri