Bütün müqəddəslərə and olsun ki, ona gözəl demək olmaz | Icma.az
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gözümüzü açandan həmişə belə eşitmişik, qadın baxımlı, naz-qəmzəli olar, kişilər isə meymundan bir az fərqlənsə, bəsdir.
Xahiş edirəm, bunu təhqir kimi qəbul etməyin. Min illərdir eşitdiyiniz sözlərdir.
Amma bu sözlər deyiləndə nə dolğu, nə botoks, nə də gərmə əməliyyatları vardı.
İndi isə "baxımlı qadın" deyəndə heç də səliqəli və normal makiyajlı qadınlar nəzərdə tutulmur. Filankəs xanım özünə yaxşı baxır.
Yəni o, vaxtlı-vaxtında üzündəki qırışları iynə vurduraraq aradan qaldırır, buxağının altından sallanan dərini əməliyyatla götüzdürür və s.
Kimi dindirsən bu saat ya kompleksi var, ya da çəpər əyriliyi.
Şəxsən mənim hələ 29 yaşım tamam olmayıb, amma göz kənarlarımda qırışlar yaranmağa başlayıb.
Tam oxu
Xəbəri oxu