Icma.az
close
up
RU
Bütün müqəddəslərə and olsun ki, ona gözəl demək olmaz

Bütün müqəddəslərə and olsun ki, ona gözəl demək olmaz

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gözümüzü açandan həmişə belə eşitmişik, qadın baxımlı, naz-qəmzəli olar, kişilər isə meymundan bir az fərqlənsə, bəsdir. Xahiş edirəm, bunu təhqir kimi qəbul etməyin. Min illərdir eşitdiyiniz sözlərdir.

Amma bu sözlər deyiləndə nə dolğu, nə botoks, nə də gərmə əməliyyatları vardı.

İndi isə "baxımlı qadın" deyəndə heç də səliqəli və normal makiyajlı qadınlar nəzərdə tutulmur. Filankəs xanım özünə yaxşı baxır. Yəni o, vaxtlı-vaxtında üzündəki qırışları iynə vurduraraq aradan qaldırır, buxağının altından sallanan dərini əməliyyatla götüzdürür və s.

Kimi dindirsən bu saat ya kompleksi var, ya da çəpər əyriliyi.

Şəxsən mənim hələ 29 yaşım tamam olmayıb, amma göz kənarlarımda qırışlar yaranmağa başlayıb. Bu mənim üçün bu vaxta qədər problem təşkil etmirdi. Oxucu bilməsə də, tanıyanlar bilir ki, xarici görünüş baxımından kompleksli biri olmamışam, amma hansısa tədbirdə tanış olduğum 36 yaşlı xanımın üzündə bircə dənə də qırış olmadığını görəndə artıq sürətlə qocaldığımı düşünməyə başlamışam. 

Sonra öyrənirəm ki, bəs filankəs alnındakı qırışlar üçün, bəhmənkəs gözətrafı üçün iynə vurdurub. Lap yaxşı, öz işidir, bundan mənə nə. Amma di gəl ki mən bunun tərəfdarı olmadığımdan və istəmədiyimdən, eyni zamanda, ətrafımda çoxluğu qırışsız insan gördüyümdən özümdən asılı olmadan qocalıq qorxusu canımı bürüyür.

Yadınızdadırsa, bir neçə il əvvəl İngiltərədə bir qadın üzü qırışmasın deyə, 50 ilə yaxın gülmədiyini açıqlamışdı.Yaşının çox olmasına baxmayaraq üzündə bir dənə də olsa qırış yox idi. O xəbəri oxuyanda ilk belə düşünmüşdüm. Əşi, adamın üzü təki təbəssümdən qırışsın. İndi də elə düşünürəm. Amma deyib-gülən yerdə birdən qarşımdakı qayıdır ki, bəs sənin göz ətrafında qırışlar çoxdur. Başlayıram tez özümü yığışdırıb ciddi olmağa. 

İndi kimsə çıxıb deyə bilər ki, sən də o adamlara fikir vermə və s. Problem mənimlə bitsəydi, nə var idi ki. Yəqin, siz də bilirsiniz. Sosial şəbəkələrdə çox sayda qadın qrupları var. Orada qadınlar problemlərini, planlarını yazıb müzakirələr aparırlar. Bir xanım bu yaxınlarda yazmışdı ki, əlimdə 3000 min manat pul var, özümə iş qurum, yoxsa burnumu əməliyyat etdirim. Baxırsan ki, bu adamlar əsasən, xidmət sektorunda işləyirlər, 500 manatlıq telefonu da kreditlə alır, amma di gəl əlinə pulu alan qaçır əməliyyat etdirməyə, harasınısa gərməyə. 

Yəni əminliklə demək olar ki, cəmiyyətdə "ideal" görünmək üçün böyük bir çaba var. Yəni ideal görünüş deyəndə ümumi anlayışa görə, adamın qarnı dümdüz olmalı, üzündə qırış olmamalı, buxağı sallanmamalı, dişləri vinildən olmalıdır. Baxırsan ki, fiziki olaraq adamda qüsur yoxdur, amma bütün müqəddəslərə and olsun ki, ona gözəl demək də olmaz.

Bu yaxınlarda bir həkimlə bağlı neqativ xəbər yayılmışdı. Bəzi mətbuat orqanlarında səhvə yol verən həkimin yerinə onun adaşı olan və onunla eyni peşədən olan başqa bir həkimin fotosu yayılmışdı. Günahsız həkim də yazıb and-aman edirdi ki, o mən deyiləm. 

Di gəl ki hər iki həkimin fotosunu yanaşı qoyanda bir-birlərinə o qədər oxşayırdılar ki, ayırd etmək üçün bir neçə şəklinə baxdıq.
Çünki hamısı eyni proseduru etdirir, sonra da instaqramda eyni effektlə foto çəkdirib paylaşır. Hamı bir-birinə oxşayır. Hara baxırsan eyni xanımdan "N" qədərdir. Haçan dindirsən, and verirlər ki, əməliyyat etdirməyib. Adını da qoyublar "kiçik toxunuşlar".

Amma insanlar bəzər fərqli üz cizgiləri ilə, bəzən kimsə yumru sifəti ilə, bəzənsə uzun burnu ilə özünəməxsusdur. "Pianist" filminə baxanlar bilər. Orada aktyor Adrian Brudinin uzun burnu var. Amma kinoya baxandan sonra o sənə olduqca yaraşıqlı görünür. Yəqin ki, aktyor əməliyyat etdirsə, xarizmatikliyini itirər, o artıq Adriana oxşamaz.
Adrianı indi o burunla hamı tanıyır, amma sizi kim tanıyır? Bəlkə, burnunuzu əməliyyat etdirəndən sonra modellik etməyə başlayacaqsınız? 

Bütün bunlar, bəlkə, özünüzü müəyyən qədər gözəl hiss etməyinizə səbəb olacaq, amma əmin olun ki, həyat keyfiyyətinizdə heç bir ciddi dəyişiklik yaratmayacaq.

Bunu sizə ailəsinin təkidi ilə burun əməliyyatı etdirən biri kimi deyirəm. Hərçənd ki, həkimin israrlarına baxmayaraq burnumun kiçildilməsinə və dik olmasına razılıq verməmişdim, amma nədənsə mənə elə gəlirdi ki, burun əməliyyatı olsam, bütün həyatım kökündən dəyişəcək. Vallah, elə şey yoxdur, ağ yalandır. Etdirdiyiniz əməliyyatlar, kiçik toxunuşlar problemlərinizi azaltmayacaq. Bu sizə əlavə xoşbəxtlik gətirməyəcək.

Botoks yalan kimidir. Bir dəfə yalan danışdıqca necə ki davamını gətirməyə məcbur qalırsınız, eləcə də o iynəni bi dəfə vurdursanız, sonra illər ərzində bu prosesi təkrarlamalı olacaqsınız. Yəni botoks zəhərli yalandır.

Özünüzü bu yalanlara təslim etməyin!

Billurə Yunus
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Fevral 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri