BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR | Icma.az
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Azəbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir!
Bunu hazırda bəşəriyyətin "qulaq yoldaşı" ChatGPT-dən eşitmək çox xoşdur.
Pandemiya ilə əlaqədar quru sərhədlər bağlansa da, səmamız turistlərin üzünə açıqdır.
Təkcə 2024-cü ildə Odlar diyarına 3 milyona yaxın xarici vətəndaş qədəm basıb. Özü də nə az, nə çox – 196 ölkədən!
Təkcə paytaxtda yox, respublikamızın çox yerində Türkiyə, Rusiya, İran və Hindistandan təşrif buyuran əcnəbilərə rast gəlmək olar.
Qonaqları bura cəlb edən təkcə ölkəmizin əsrarəngiz təbiəti, qədim və modern üslubu ilə göz oxşayan şəhərlərimiz deyil, həm də xalqımızın qonaqpərvərliyi və özlərini daim güvəndə hiss etmələridir.
Xüsusilə qadın turistlərin Bakıda gecə-gündüz rahat gəzib əylənməklərindən ürək dolusu danışmaqları adama xoş təsir bağışlayır.
Korona təhlükəsi hələ planetin üzərindən sovuşmadığından əhalinin təhlükəsizliyini təmin etmək üçün quru sərhədləri yalnız yükdaşıma xidmətinə istifadəyə verən ölkə hakimiyyəti əvəzində aeroportun fəaliyyətini daha da gücləndirib.
Tam oxu
Xəbəri oxu