Icma.az
close
up
RU
BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR

BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azəbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir! Bunu hazırda bəşəriyyətin "qulaq yoldaşı" ChatGPT-dən eşitmək çox xoşdur. Pandemiya ilə əlaqədar quru sərhədlər bağlansa da, səmamız turistlərin üzünə açıqdır.

Təkcə 2024-cü ildə Odlar diyarına 3 milyona yaxın xarici vətəndaş qədəm basıb. Özü də nə az, nə çox – 196 ölkədən!

Təkcə paytaxtda yox, respublikamızın çox yerində Türkiyə, Rusiya, İran və Hindistandan təşrif buyuran əcnəbilərə rast gəlmək olar. Qonaqları bura cəlb edən təkcə ölkəmizin əsrarəngiz təbiəti, qədim və modern üslubu ilə göz oxşayan şəhərlərimiz deyil, həm də xalqımızın qonaqpərvərliyi və özlərini daim güvəndə hiss etmələridir. Xüsusilə qadın turistlərin Bakıda gecə-gündüz rahat gəzib əylənməklərindən ürək dolusu danışmaqları adama xoş təsir bağışlayır.

Korona təhlükəsi hələ planetin üzərindən sovuşmadığından əhalinin təhlükəsizliyini təmin etmək üçün quru sərhədləri yalnız yükdaşıma xidmətinə istifadəyə verən ölkə hakimiyyəti əvəzində aeroportun fəaliyyətini daha da gücləndirib. Heydər Əliyev adına Byenəlxalq Hava limanı həm xidmət səviyyəsi, həm də unikal dizaynına görə keçmiş SSRİ-nin öncüllərindəndir.

93 yaşlı hava limanının 3 terminalı sərnişinlərin qulluğunda durur: beynəlxalq, daxili, bir də VİP və hökümət uçuşları. Aeroportda nələr yoxdur – pulsuz Wi-Fi, restoran, kafe, otel, bank, taksi, valyutadəyişmə və s. və i. Daha bir statistika: il ərzində 60 min uçuş və 8 milyona yaxın sərnişin qarşılama!

Bayaq turistlərin Azərbycanda sərbəst gəzib dolanmağından danışdım. Hava limanında sərnişinlərin yoxlanılması bir neçə mərhələdən keçir. Pasport və bilet göstərilir, çamadanı çəkirlər, metal detentor yoxlayır, kəmər, saat, açar, telefon çıxarılır. Bıçaq, silah, partlayıcı olub-olmadığı dəqiqləşdirilir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları aeroport daxilində idxal-ixrac və tranzit yüklərin işinə nəzarət edir.

Məqsəd çox sadədir: qanunsuz malların ölkəyə gətirilməsinin qarşısını almaq. Bütün bunlar kameraların önündə həyata keçirilir.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi təkcə paytaxtda deyil, ölkənin bütün hava limanlarında sərnişin və malların gömrükdən keçirilməsini təşkil edir və gömrük qanunvericiliyinə uyğunluq üçün məsuliyyət daşıyır. Onun fəaliyyət dairəsi genişdir. Aeroportda sərnişinlərin gömrük buraxılış prosedurları var. Daha doğrusu iki əsas keçid sistemi: yaşıl kanal və qırmızı kanal. Yaşıl kanalda sərnişin deklarasiya vermədən keçir. Qırmızı kanalda isə, o, mütləq deklarasiya verməlidir. Yazılı bəyənnamədə əşyalar göstərilməklə, gömrük rəsmiləşdirilir. Gömrük xidməti şübhəli hallarda yükləri açıb yoxlaya bilər ki, bu da bəzən sərnişinin haqsız narazılığına səbəb olur. Burda isə hay-küy keçmir. Qanun hamı üçündür və sözügedən idarə əməkdaşları məhz onun icrası ilə məşğuldurlar.

Yeri gəlmişkən, pandemiyadan qabaq Rusiyadan Vətənə qatarla qayıdanda bizi Dərbənd yolunda 3 (!) saat yoxladılar, tualetə belə heç kəs buraxılmadı, kondisionerləri söndürdükləri üçün istidən ürəyi gedənlər oldu. Nəhayət, yola düşdük, Azərbaycana daxil olanda bizi gülərüz personal qarşıladı, qatar gedə-gedə ən müasir qurğularla əşyalarımızı yoxlayıb: "Vətənə xoş gəlmisiniz!" – dedilər.

Son illər tez-tez xarici səfərlərdə oluram. Ölkədən çıxandan sonra öz məmləkətini uzaqdan daha yaxşı görə bilirsən. Teatr asılqandan başladığı kimi, ölkələr də aeroportdan başlayır. 25 dekabr 2024-cü il Bakı-Qroznı reysindən sonra bütün dünya azərbaycanlı pilotlardan danışır. Məhz ekipajın qəhrəmanlığı sayəsində raket atəşinə tuş gələn təyyarənin 29 sərnişini sag qalmışdı.

Vətənimizə daim aydın səma, şəhidlərimizə rəhmət diləyi ilə:

Rauf Aslanov

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Yanvar 2026 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri