Icma.az bildirir, Xalq qazeti portalına istinadən. Yaponların illərdir istifadə etdikləri sadə, lakin təsirli sağlamlıq üsulu eşidənlərin di
Məlum olub ki, əlləri bir neçə dəqiqə buzlu suda saxlamaq orqanizmi cavanlaşdırır və bəzi sağlamlıq problemlərini yüngülləşdirir.
Xarici mətbuatın yazdığına görə, yaponların illərdir istifadə etdikləri bu sadə üsulun arxasında həm elmi, həm də psixoloji məntiq dayanır.
Yapon mədəniyyətində soyuq suya məruz qalmaq bədəni oyandırmaq və zehni təravətləndirmək üçün ən praktik üsullardan biri kimi tanınır.
Əslində, bir çox yaponiyalı səhər işə başlamazdan əvvəl əllərini və biləklərini qısa müddətə buzlu suda islatmağı vərdiş halına gətirib.
Soyuq suya toxunduqda bədəninizdəki qan damarları dərhal daralır. Bu, qanı mərkəzi orqanlara yönəldir və qan dövranını artırır.
Bəs əlləri buzlu suda saxlamaq orqanizmdə hansı dəyişiklikləri yaradır?
Yapon alimlərinin fikrincə, bu təsir öncə özünü əllərdəki sinir uclarını stimullaşdırmaqla göstərir ki, bu da beyinə “oyanma” siqnalı verir.