Çağdaş dini təhsilin aktual problemləri | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Ölkəmiz dünyada ənənə ilə müasirliyi birləşdirən nadir məkanlardan sayılır.
Sözü ilə iz qoyan, əməli ilə gələcəyə yön verən insanların yetişdiyi bu diyarda həm milli irsin, həm də qlobal mənəvi düşüncənin təntənəsi duyulur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumun açılış mərasimində iştirakçılar təcrübələrini, müasir din təhsili modelləri və mənəvi dəyərlərin qorunması mövzusundakı fikirlərini bölüşdülər, qlobal çağırışlara uyğun yeni yanaşmalardan bəhs etdilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasətinin dini, mədəni müxtəlifliyi qorumaqla, ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaratdığını dedi.
O qeyd etdi ki, din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri inkar edərək kor-koranə modernliyə tabe olmalıdır.
Bizə ənənələrlə çağırışlar arasında qızıl orta xətt üzərində qurulmuş yeni model lazımdır.
İslam dünyası mənəvi dərinliyi, Qərb isə metodoloji strukturu ilə fərqlənir.
Bu iki təcrübənin sintezi qlobal səviyyədə inklüziv, lakin dəyərlərə sadiq modelin yaranmasına şərait yarada bilər.
Tam oxu
Xəbəri oxu