Icma.az
close
up
RU
Çağdaş dini təhsilin aktual problemləri

Çağdaş dini təhsilin aktual problemləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ölkəmiz dünyada ənənə ilə müasirliyi birləşdirən nadir məkanlardan sayılır. Sözü ilə iz qoyan, əməli ilə gələcəyə yön verən insanların yetişdiyi bu diyarda həm milli irsin, həm də qlobal mənəvi düşüncənin təntənəsi duyulur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumun açılış mərasimində iştirakçılar təcrübələrini, müasir din təhsili modelləri və mənəvi dəyərlərin qorunması mövzusundakı fikirlərini bölüşdülər, qlobal çağırışlara uyğun yeni yanaşmalardan bəhs etdilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasətinin dini, mədəni müxtəlifliyi qorumaqla, ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaratdığını dedi. O qeyd etdi ki, din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri inkar edərək kor-koranə modernliyə tabe olmalıdır. Bizə ənənələrlə çağırışlar arasında qızıl orta xətt üzərində qurulmuş yeni model lazımdır. İslam dünyası mənəvi dərinliyi, Qərb isə metodoloji strukturu ilə fərqlənir. Bu iki təcrübənin sintezi qlobal səviyyədə inklüziv, lakin dəyərlərə sadiq modelin yaranmasına şərait yarada bilər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov vurğuladı ki, bəzi ölkələrdə mənəvi dəyərlər deqradasiyaya uğrayır. Buna görə də dini təhsili elə təşkil etməliyik ki, həm mənəvi dəyərlərə uyğun olsun, həm də müasir dünyanın çağırışlarına cavab versin.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov müzakirə edilən məsələlərin elmi, mənəvi, ictimai baxımdan vacib olduğunu dedi: “Bu məlumatlar həm tədris proqramlarında, həm də dərs vəsaitlərində xüsusi bölmələr şəklində yer alır, gənclərin müxtəlif dinlər haqqında biliklər qazanmasına, onlarda tolerantlıq mədəniyyətinin formalaşmasına xidmət edir. Azərbaycan xalqı müxtəlif dinlərə hər zaman ehtiramla yanaşıb”.

Simpoziumun gənc iştirakçıları da diskussiyalara qoşuldular. Aİİ-nin 1-ci kurs tələbəsi Lumu Süleymanlı söylədi ki, dini biliklərin çatışmazlığı radikal düşüncələrə meyil yaradır. Bu səbəbdən təhsilin rolu əvəzsizdir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bildirdi ki, dinin siyasi məqsədlərə alət olunması təhlükəli nəticələr doğurur. Bu, həm dövlətin sabitliyinə, həm də ictimai münasibətlərə mənfi təsir göstərir: “Azərbaycan dünyəvi dövlətdir və buna görə də dini fəaliyyətlər dünyəvilik prinsipi üzərindən qiymətləndirilməlidir. Konstitusiyanın 48-ci maddəsində vicdan azadlığı dövlət səviyyəsində tanınır və hər bir şəxs istədiyi dinə inanmaqda və ya inanmamaqda azaddır. Dövlətin vəzifəsi insanların dini inancını müəyyənləşdirmək deyil, sadəcə bu fəaliyyətlərə nəzarət və balans mexanizmini təmin etməkdir”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin sözlərinə görə, insanların öz əqidələri ətrafında birləşməsində din təhsili mühüm rol oynayır. Azərbaycanın tolerantlıq və məzhəblərarası münasibət ənənələri bir çox dövlətlər üçün nümunə hesab olunur.

Pakistanın Müsəlman İnstitutunun rəhbəri Sahibzadə Sultan Əhməd Əli məsələyə belə aydınlıq gətirdi: “Müasir təhsil artıq süni intellekt və rəqəmsal texnologiyalar vasitəsilə formalaşır və bu yanaşmalar müsəlman dövlətlərində də tətbiq olunur. Bu yanaşma təhsili öncədən müəyyən edilmiş biliklər və mövzular çərçivəsində formalaşdırır, lakin onun həyatla, mənəviyyatla və fərdi inkişafla əlaqəsini nəzərə almır”.

İki gün davam edəcək beynəlxalq məclisdə dövlət rəsmiləri, dini konfessiyaların, yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim və mütəxəssislər, ümumilikdə 70-ə yaxın xarici qonaq iştirak edir.

Fidan ƏLİYEVA,
Rauf İBRAHİMOV (foto)
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri