Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında elə bir səhnə var ki, onu oxuyan bir daha unuda bilmir.
Əsir düşən gəncin başına yaş dəvə dərisi çəkilir, günəş altında qurudulur.
Dəri bərkidikcə kəllə sıxılır, ağrı beyini yandırır, yaddaş silinir. Beləcə, insan öz adını, dilini, anasını unudur — manqurta çevrilir.
Əfsanədə Nayman Ana yağıların əlindən oğlunu qurtarmaq istəyir.
Lakin oğlu onu manqurtlaşdıran “ağa”sının əmrinə tabe olaraq, doğma anasını oxla vurub öldürür.
Bu hekayə bir xalqın yaddaşını itirdikdən sonra başına gələnlərin göstəricisidir.
Aytmatovun bu uzaqgörənliyi XXI əsrdə gerçəyə çevrilib — bu gün ağlı başdan alan dəvə dərisi yerini ekran işığına verib.