Icma.az
close
up
RU
Çağdaş manqurtlaşdırma: özülünü, kimliyini öldürən nəsil

Çağdaş manqurtlaşdırma: özülünü, kimliyini öldürən nəsil

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında elə bir səhnə var ki, onu oxuyan bir daha unuda bilmir. Əsir düşən gəncin başına yaş dəvə dərisi çəkilir, günəş altında qurudulur. Dəri bərkidikcə kəllə sıxılır, ağrı beyini yandırır, yaddaş silinir. Beləcə, insan öz adını, dilini, anasını unudur — manqurta çevrilir. Əfsanədə Nayman Ana yağıların əlindən oğlunu qurtarmaq istəyir. Lakin oğlu onu manqurtlaşdıran “ağa”sının əmrinə tabe olaraq, doğma anasını oxla vurub öldürür.

Bu hekayə bir xalqın yaddaşını itirdikdən sonra başına gələnlərin göstəricisidir. Aytmatovun bu uzaqgörənliyi XXI əsrdə gerçəyə çevrilib — bu gün ağlı başdan alan dəvə dərisi yerini ekran işığına verib.

Ekran — çağımızın sayısal dəvə dərisi

Artıq başımıza dəvə dərisi keçirmirlər. Amma gözümüzün qarşısına ekran çəkiblər. Onun işığına baxdıqca, o da bizi günəş kimi korlaşdırır. Aytmatovun manqurtu ağrı içində yaddaşını itirirdi, bizim nəsil isə “texnoloji komfort” içində, “like” və “trend”lərə uyğunlaşmaq çabasında törəsini, mənliyini, keçmişini unudur.

Bu gün əlimizdən yerə qoymadığımız, hər an yanımızda daşıdığımız telefonlar — çağdaş manqurtlaşdırma alətləridir. Biz onları idarə etdiyimizi düşünürük, gerçəkdə isə onlar bizim yaşamımızı istədikləri qəliblərə uyğunlaşdırır.

Ekranlar təkcə bilik vermir, həm də düşüncəni yönləndirir, duyğularımızı və duyumlarımızı biçimləndirir. Nəyi bəyənəcəyimizi, nəyə güləcəyimizi, kimə oxşayacağımızı bizə onlar öyrədir. Paylaşımlar və alqoritmlər istəklərimizi, diləklərimizi və seçimlərimizi öz yaradıclarının maraqlarına uyğun şəkildə yenidən inşa edir.

Texno-feodalizm: baxışlarımızın, yönəlimimizin, hədəflərimizin dəyərsizləşdirilməsi

Dünya yeni bir dönəmə, düzənə və quruluşa keçir. Pul və torpaqdan daha böyük güc qaynağı — yönəlimdir (diqqətdir). Dünyadakı nəhəng texnoloji qurumlar bu yönəlimimizi öz istəklərinə uyğunlaşdıraraq, yazıb-pozurlar. Toplum isə öz vaxtını, duyğusunu, hətta ağlını belə pulsuz, könüllü və anlaqsız şəkildə onlara qurban verir. Çağdaş dünyamız görünməz bir texno-feodalizm toruna düşüb. Keçmişin torpaq ağalarının yerini bu gün ekranlara yiyəlik edən, paylaşım mediasının “boss”ları tutub.

Əvvəllər beyni sıxan dəvə dərisi idi, indi isə dəyər düzənimizi pozan, düşüncəmizi yayındıran bildirişlər və zorla bizə sırınan məhsul, xidmət reklamlarıdır. Aytmatovun manqurtu düşmən tərəfindən zorla kölələşdirilmişdi, biz isə könüllü olaraq alqoritm ağalarının yaratdığı yalançı duyğuların əsirinə çevrilmişik.

Özgür seçim yalanı (illüziyası)

Çağdaş toplumumuzda hər birimizin davranışı artıq “öz-özünə” yaranmır. Reklamlar, oyunlar, musiqilər, filmlər və tətbiqlər elə qurulur ki, sən azad seçim etdiyini düşünürsən, amma sənin yerinə qərar çoxdan verilib. Bu, insan mühəndisliyidir. Bizi inandırırlar ki, üstün, şən və qayğısız yaşam markada, geyimdə, görünüşdədir. Yalançı dəyərlər bu gün bizə “yenilik” adı ilə satılır.

Kimlik itkisinin dəhşəti

Bizim bəlamız bu gün fiziki deyil, duyğusal köləlikdir. Törəmizi, dilimizi, geyimimizi, adımızı, davranışımızı başqalarına oxşatdıqca özümüz, kimliyimiz, mənliyimiz yoxa çıxır. Soyadlarımız rus, adlarımız ərəb-fars, danışığımızda yad sözlər. Öz keçmişimizə, musiqimizə, geyimimizə utancla baxırıq. Oğlanlarımız türk igidi olmaqdan çox, xarici kino, serial və sosial media qəhrəmanlarına — “fenomenlərə” bənzəmək istəyir. Qızlarımız isə əl sənətkarlığı, xalçası, yallısı, naxışı olan mədəniyyəti “dəbdən qalmış”, “geridə qalmışlıq” sayır.

Evimizin içi — ocaqdan “ekran işığı”na yoluxma

Əvvəllər evlərdə ocaq başına toplanırdıq, indi isə ekranların işığına baxa-baxa təklənir, yalnızlaşırıq. Ata-analar, nənə-babalar uşağa baxanda gülümsəyir, sevələyir, əzizləyirdilər — indi isə “story”lərini, paylaşımlarını bəyənirlər.

“Ağıllı telefon”larını əlindən yerə qoymayan valideynlər, balalarının başını tumarlamaq yerinə, “like” atmaqla sevgisini bildirir. Yeməyi-içməyi çox vaxt hazır alırıq, deyimləri qısa videolardan əzbərləyir, düşüncələri hazır paylaşımlardan kopyalayırıq. Başqalarını yamsılamaqdan gündən günə özülümüz, ağlımız və yaddaşımız çürüyür.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkədə 54 min nikah, 21 min boşanma qeydə alınıb. Bu, hər 2–3 nikaha bir boşanma deməkdir. Yəni toplumsal dəyərlərimiz dağılır, qutsal ailə ocaqlarımız gündən günə sönür.

Bir millətin gücü, birliyi və toplumunun sevgi bağlarının sağlamlığı ilə ölçülür.

Xaricə, Qərbə qaçış — öz yurduna yadlaşma

Bakıdakı muzeylərə getmədən, Qobustanın qayalarını, Şuşanın dağlarını, Şəki, Naxçıvan, Gəncə kimi yüzlərlə tarixi yurd yerlərimizi, türk ellərinin qədim şəhərlərini görmədən Qərbə qaçırıq. Guya “dünyanı gəzməyi” sevirik, əslində isə ekranlardan göstərilən saxta həyat tərzinə inanırıq.

Neyromarketinq hiylələri və reklamlar bizə deyir: “xoşbəxtlik oradadır.” Biz də öz yurdumuzu bəyənmir, özgələrin otellərinə, əyləncə mərkəzlərinə yönəlir, qazancımızı kor-koranə onlara xərcləyirik.

Özgüvənsizlik bir xəstəlikdir — öz yurdunun, elinin dəyərini dəyərsizləşdirməkdir.

Texno-manqurt nəsil: lüks və komfortla pozğunlaşanlar

Aytmatovun manqurtu ağrı içində anasını öldürmüşdü. Bizim nəsil isə yalançı seçim illüziyası içində özülünü — dilini, torpağını, törəsini, kökünü — unudur. O manqurt ağrını hiss edirdi, biz isə zövqlə unuduruq. Bizim zəncirimiz parıldayır, qandallarımız isə gözəgörünməzdir. Musiqi çalır, ekran parlayır, hər şey “normal” görünür.

Biz artıq “insan” yox, alıcı olmuşuq. Paylaşım platformaları bizim ağlımızı asanlıqla oxuyur, gecə-gündüz davranışlarımızı ölçür və bizim yerimizə, öz qazanclarına uyğun seçimlər edir.

Yapay (Süni) zəka —  köləliyə keçidin sıradakı qandalı

Artıq gündəmimizə süni zəka anlayışı daxil olub və hər gün onunla doğmalaşırıq. Əvvəllər düşüncəmizi telefon ələ keçirmişdi, indi isə iç dünyamıza süni zəka toxunur. Bir azdan o, sadəcə alət olmayacaq — beynimizin içində bizi manqurtlaşdıran bir alışqanlığa çevriləcək. Bir deyim yadıma düşür: “alışmış qudurmuşdan pisdir”.

İndi hamımıza sualım budur: biz süni zəkadan istifadə edəcəyik, yoxsa o bizdən?

Törə yaddaşı — gələcəyə açılan qapı

Bir ulus öz dilini, keçmişini, dəyərlərini və soy-kökünü unudursa, onun gələcəyi başqasının yazdığı ssenariyə uyğun olacaq. Aytmatovun manqurtu anasını tanımamışdı; bizim texno-manqurtlaşmış nəsil isə artıq özünü tanımır.

Bu, bəşər tarixində ən səssiz, ən hiyləgər, amma ən qorxunc köləlikdir.

Ekranı söndürmək yetərli deyil. Yaddaşı oyatmaq, mənliyə, torpağa və doğaya qayıtmaq, törə ocağını yenidən canlandırmaq lazımdır. Bu axına “dur” deməsək, tarix yenidən yazılacaq — və bu dəfə tarixi yazan manqurt biz olacağıq, özümüzü isə öz əllərimizlə məhv edəcəyik.

Müəllif: Eltən Törəçi 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Oktyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri