Çağdaş memarlıq məktəbinin yaradıcısı | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mikayıl Hüseynov – 120 Dünya şöhrətli sənətkarın irsi klassikaya çevrilib Görkəmli memar Mikayıl Hüseynov XX əsr arxitektura tarixində xüsusi yeri olan sənətkarlardandır.
O, müasir Bakı şəhəri memarlığının ən yaxşı nümunələrinin müəllifi olub.
Eyni zamanda, Berlin, Moskva, Düşənbə şəhərlərində Şərq milli koloritli və ornamentləri ilə seçilən, bənzərsiz abidə və binalarının layihələri ona məxsusdur.
Paytaxt sakinləri və qonaqlar, demək olar ki, hər gün akademik Mikayıl Hüseynovun memar təxəyyülünün məhsulu olan gözəl binaları görürlər.
Amma çoxları bilmir ki, Bakıda Azərbaycan Sənaye İnstutu, Politexnik İnstitutu, Elmi-tədqiqat İnstitutu, Azərbaycan Dövlət Universiteti, Elmlər Akademiyasının yeni binası, Azərbaycan Dövlət Konservatoriyası, Dövlət Pedoqoji Universiteti kimi elm mərkəzlərini, Azərbaycan Milli Kitabxanasını, Nizami Kino Mərkəzi və Ədəbiyyat muzeyi kimi əhəmiyyətli binaları, “Azərbaycan” və “Abşeron” mehmanxanalarını məhz o layihələndirib.
Paytaxtı bəzəyən Nizami Gəncəvinin, Həzi Aslanovun, Səməd Vurğunun, Mehdi Hüseynzadənin, Üzeyir Hacıbəyovun, Məhəmməd Füzulinin abidələri də bu sıradadır.
Bu abidələri memarın layihələri əsasında heykəltəraş Fuad Əbdürrəhmanov hazırlayıb.
Tam oxu
Xəbəri oxu